Prezident İlham Əliyev: Yol çəkirik, asfalt bizim, çınqıl bizim, niyə biz xarici kredit götürməliyik?
Hökumətə xarici kreditləri götürməyi qadağan etmişəm.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII qurultayındakı çıxışında söyləyib.
Dövlət başçısı bildirib:
"İndi Azərbaycana xaricdən nə qədər investisiyalar qoyulur. Bunun əsas amili daxili sabitlikdir. "Doing Business" proqramında, biz yaxşı yerlərdəyik. İndi bizim yerimizi də artırıblar və qabaqcıl ölkələr sırasındayıq. Ermənistana bir manat qoyan var? Yox. Adam gərək dəli olsun oraya pul qoysun. Heç xaricdə yaşayan ermənilər də pul qoymurlar. Nə üçün? Çünki hərc-mərclik var, aləm qarışıb, sabitlik yoxdur, lider yoxdur, etibar edə biləcəyi bir şəxs yoxdur ki, investor gəlsin desin, bəli, mən inanıram bu dövlətə, bu dövlət başçısına, mən vəsait qoyuram. Biz bu il təqribən 400-500 milyon dollarlıq ancaq xarici investisiyaları bərpa olunan enerji növlərinə gətirmişik. Artıq bir müqavilə bağlanıb, bir müqavilə də bu ay, ya gələn ay bağlanacaq. Onlar özləri bunu təklif etmişdilər. Yeddi aparıcı şirkət bu layihələr uğrunda mübarizə aparırdı. Onlardan ikisi bizə ən sərf edən təkliflər irəli sürdü. Onlar 440 meqavat gücündə günəş və külək elektrik stansiyalarını öz vəsaiti hesabına inşa edəcək. Azərbaycanlılar həm inşaat dövründə orada işləyəcək, həm də istismar dövründə və bizə nə qədər xeyir gətirəcək. Azad edilmiş torpaqlara indi nə qədər təkliflər var? Biz indi onları cəmləşdiririk. Biz gərək onların arasında ən yaxşılarını seçək. İndi vəziyyət elə deyil ki, biz gedib kiminsə qapısını döyək, yaxud da, hansısa bankdan kredit istəyək. Mən, ümumiyyətlə, hökumətə xarici kreditləri götürməyi qadağan etmişəm. Biz ancaq yüksək texnoloji layihələrə kredit götürməliyik ki, oraya texnologiyalar gətiririk. Yoxsa yol çəkirik, asfalt bizim, bitum bizim, çınqıl bizim, niyə biz xarici kredit götürməliyik? Yaxud da ki, buna oxşar layihələr. Bu proses davam etdirilir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin V Toplantısının iştirakçılarına müraciət ünvanlayıb
-
Qarabağda və Azərbaycanın digər bölgələrində Qafqaz Albaniyasının xristian irsinin izləri var - Hikmət Hacıyev
-
Ermənistan məhkəməsi TRIPP üzrə sazişi təsdiqlədi
-
Ülvi Quliyev "Şöhrət" ordeni ilə təltif edilib
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “Qobustan” GES-in açılışında iştirakına dair paylaşım edilib - (Video)
-
Ermənistan rəhbərliyi anlamalıdır ki, siyasi oyunlar artıq keçərli olmayacaq - Sahil Kərimli
XƏBƏR LENTİ
-
Azərbaycanda evlənənlərin yarıdan çoxu boşanır - Rəsmi
-
Azərbaycan toylarında bu məşhur ənənə qadağan edilir?
-
Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin V Toplantısının iştirakçılarına müraciət ünvanlayıb
-
Zaqatalada güllələnmiş kişi meyiti tapıldı
-
Yuxu hormonu çatışmazlığı xərçəng riskini artıra bilər
-
Hava ilə bağlı son məlumat
-
Vəfat edən Jotanın adını deyənlərə görə ərəb klubuna ağır cəza
-
Azərbaycan əhalisinin sayı açıqlandı
-
İşğaldan azad edilmiş ərazilərdə ilk bərpa olunan tarixi-dini abidələr məscidlərdir - Gündüz İsmayılov
-
Universitetdən qovulan tələbə - “Məni belə yadda saxlayın” - (Video)
-
Bu ay 4 bürc pul içində üzəcək
-
Hande Erçel dəyişib belə oldu - (Foto)
-
Türkiyəli tanınmış aktyor vəfat etdi - (Foto)
-
"Beşiktaş"a Orkun Kökçü ilə bağlı pis xəbər
-
Azərbaycan nefti kəskin ucuzlaşdı
-
Oğlunu öldürmək istəyini “ChatGPT”yə danışdı - Həbs olundu
-
Əməkdar artistin ailəsində xoş gün
-
Ağdamda minalanmış ərazidə yanğın başladı
-
Canlısından fərqlənməyən robot balıq təqdim olundu – (Video)
-
ABŞ Mahmud Abbasa niyə viza vermədi?
-
Alla Axundova vəfat etdi
-
Lənkəranda ağır qəza - Ölənlər var
-
Yasamalda və bəzi ərazilərdə işıq olmayacaq
-
UEFA Avropa Liqası: İlk oyunların nəticələri





