Prezident İlham Əliyev: AXC-Müsavat cütlüyü dövründə ölkə tamamilə idarəolunmaz vəziyyətdə idi
Ölkə tamamilə idarəolunmaz vəziyyətdə idi. Köhnə part-nomenklatura demək olar ki, tamamilə iflic vəziyyətə düşmüşdü, hakimiyyətə qanunsuz yollarla gəlmiş AXC-Müsavat cütlüyü ölkəni talayırdı, dağıdırdı.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın VII qurultayındakı çıxışında AXC-Müsavat cütlüyü dövründə ölkədə yaranmış acınacaqlı vəziyyətdən danışarkən bildirib.
Dövlətimizin başçısı deyib: "Eynən 2018-ci ildə Ermənistana gəlmiş adamlar kimi, onlar da ölkəni dağıdırdılar və nəticə etibarı ilə gətirdilər bizi uçurum kənarına qoydular. Azərbaycan xalqı buna dözə bilərdimi? Əlbəttə ki, yox. Məhz bu idi Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi zərurəti".
O vaxt milli düşüncə göstərərək Ulu Öndərə müraciət edən məşhur "91-lər"in çox cəsarətli addım atdıqlarını xatırladan Prezident qeyd edib ki, çünki o vaxt qanun yox idi, kim nə istəyirdi, onu edirdi. "Hüquq-mühafizə orqanları insanları əsassız həbs edirdilər, döyürdülər, canlı efirdə döyürdülər, söyürdülər. Tamamilə anarxiya, xaos, özbaşınalıq hökm sürürdü. Kimi istəyirdilər, öldürürdülər, şikəst edirdilər, həbs edirdilər. Bax, bu idi o vaxt mövcud olan mənzərə", - deyə Prezident İlham Əliyev əlavə edib.
Yeni Azərbaycan Partiyasının təsis qurultayının Naxçıvanda keçirilməsinin səbəblərindən danışan dövlətimizin başçısı deyib: "Bakıda imkan vermədilər. O qədər Heydər Əliyev fenomenindən qorxurdular, o qədər öz cılız mahiyyətini özləri dərk edirdilər ki, bilirdilər, əgər bu qurultay Bakıda keçirilsə bunların hakimiyyətinə son qoyulacaq. Çünki onlara xalq tərəfindən olan nifrət artıq bütün həddini keçmişdi".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik
-
Prezident İlham Əliyev: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik
-
Prezident İlham Əliyev: İslam dünyasına qarşı elan olunmamış müharibə gedir
-
Prezident İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır
-
Prezident İlham Əliyev: Azərbaycan gücləndikcə bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır
-
Prezident: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz
XƏBƏR LENTİ
-
Müğənni Afət və Dəniz bir-birilərini məhkəməyə verdilər - Eyni gündə Saatlı və Bakıda
-
“Azərbaycanda atasını öldürüb, Rusiyaya qaçıb oğlumu qətlə yetirdi” - Mariya Useltseva - (Foto/Video)
-
Könül Kərimovanın nəvəsi birinci sinfə gedir - (Foto)
-
Sinifdə elektron siqaret çəkən uşaqlar bu məktəbdə oxuyurmuşlar - (Yenilənib/Video)
-
Zakir Həsənovla Belarusun müdafiə naziri arasında görüş keçirilib - (Foto)
-
Yardımlıda korrupsiya əməliyyatı: İcra Hakimiyyətinin vəzifəli şəxsləri həbs edildi
-
Türkiyədə valyutadəyişmə məntəqəsində atışma: Ölən və yaralananlar var
-
Bakıda bir küçə 10 saat avtomobillər üçün bağlanacaq
-
Vokal məktəbindən dünya səhnələrinə - Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı yeni adlar kəşf edir - (Foto)
-
8 ay ərzində Azərbaycanın neft ixracı 10,6 faiz artıb
-
Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik
-
Prezident İlham Əliyev: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik
-
Prezident İlham Əliyev: İslam dünyasına qarşı elan olunmamış müharibə gedir
-
Prezident İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır
-
Xırdalanda qumbara partladı - 19 yaşlı qız öldü
-
Prezident İlham Əliyev: Azərbaycan gücləndikcə bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır
-
Nigarın keçmiş nişanlısı həqiqətləri danışdı: Nişanı qaytaran anası imiş... - (Video)
-
Prezident: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz
-
Prezident İlham Əliyev: Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib
-
Prezident İlham Əliyev: Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
-
Prezident İlham Əliyev: Biz mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq, bu, xalqımızın mentalitetinə ziddir
-
Prezident İlham Əliyev: Xalqımıza qarşı törədilən vəhşilikləri heç vaxt unutmayacağıq
-
Prezident İlham Əliyev dini liderlərlə görüşdə Ermənistanın məscidlərə qarşı dağıdıcı münasibətindən danışıb
-
Prezident İlham Əliyev: Azərbaycan xalqı dünyada bir presedent yaratdı





