"Qarabağı siyasi alver predmeti edən demaqoqların dillərini kəsməliyik" - Polkovnik
"Milli birliyi və həmrəyliyi sarsıtmaq üçün düşüncələrdə orta məxrəci - Qələbəni qaldırmaq lazımdır. Bunun üçün qələbəni sual altına almaq lazımdır. Bu zaman "Kəlbəcər yolu", "Xankəndində bayraq", "hərbçilərin maaşı" və "rus ayısı" şablonları işə salınır. Ancaq əvvəlcə bunlar loru misallarla aşılanır. İctimai şuurla belə manipulyasiya keçirilir".
Bunu Milli.Az-a açıqlamasında hərbi ekspert Nazim Bayram deyib.
Polkovnik-leytenant bildirib ki, I Qarabağ müharibəsinin qızğın dövründə nə Ali baş komandan, nə müdafiə naziri cəbhə xəttinin haradan keçdiyini bilmirdilər:
"Bu təbliğat və manipulyasiyaları aparanlar qələbədən sonra hakimiyyət nəsiblərini itirmiş köhnə müxalifət və onun zombi trol dəstəsidir. Hansısa hipotetik müxalifət siyasətçisinin bu dramını anlayardım... Adam hakimiyyətə bir ömür növbədə dayanıb, sonda "mal qurtarıb". Ancaq məsələ ondadır ki, bizim köhnə müxalifət siyasətçilərinin heç birinin Qarabağın adını belə çəkməyə mənəvi və intellektual haqları yoxdur. Onlar hakimiyətdə olanda, Birinci müharibənin qızğın dövründə nə o vaxtki Ali baş komandan, nə müdafiə naziri cəbhə xəttinin haradan keçdiyini nə xəritədə, nə xəyalən biliblər. Bircə əməliyyatın gedişini bilməyiblər, maraqlanmayıblar, ancaq Bakıda bəyanatlar veriblər. Hansı sözümə kimin şübhəsi varsa, onların müharibəni ən yaxşı bilənləri ilə debatda sübut etməyə hazıram və həm mediada, həm internet-debatda bunu dəfələrlə etmişəm - bunların Qarabağdan xəbərləri olmayıb, səfərbərlik etməyiblər, ordu yaratmayıblar, ehtiyat hazırlamayıblar, əməliyat hazırlamayıblar, müharibə aparmayıblar, işləri-peşələri intriqa olub. İndi də bunların son 25 illik hallarını görürsünüz-permanent parçalanma. Hakimiyyətdə də eyni idilər, deyib, sonra fikirləşirdilər ya da pafoslu həyasızlıq edirdilər. Bunlardan torpaq azad edən, hərb edən olar? Bunlar Paşinyanla eyni siyasi növdəndilər - boşboğazlar, qorlopanlar, həvəskar-eksperimentatorlar, inqlabi divanələr, yaxud özlərini "divanəliyə" qoyanlar...

Vətən müharibəsində Qələbəmiz həm də millətimiz üçün bir furqan oldu - ona nisbətən hər kəs, hər şey tanındı, əsl niyyətlər üzə çıxdı. Bu gün artıq hər bir şüurlu vətəndaşın, xüsusən o dövrü görənlərin, fəal borcudur ki, 1988-ci ildən bəri Qarabağı siyasi alver predmeti edən demaqoqların, xalqımızın möhtəşəm tarixi birliyinin simvolu olan Qələbəmizə uzanan şər-böhtan dillərini və çirkli əllərini qətiyyətlə, çəkinmədən "kəsək" və yerlərini xatırlatdıraq.
Hərbçilərin maaş məsələsi də yoluna qoyuldu. İndeksasiya gedənə kimi maaş sahibləri (hərbçilər) haqlı narahatlıqlarını mənə də bildirirdilər. Deyirdim, səbr edin, ədalətli qərar veriləcək, təkqat maaş aldığınız ayların da əvəzi veriləcək. Bu dövrdə sosial meadiada maaş məsələsini qaldıranların əksəriyyəti bunu siyasi spekulyasiya üçün edirdilər. Onların əksərinin vecinə deyil nə Qarabağ, nə hərbçilərimiz. Onlara ortada hay-küy mövzusu lazımdır. İndi dindirsən, deyəcəklər ki, biz səs-küy salmasaydıq, məsələ düzəlməzdi, biz "ictimai təpki" göstərdik, "ağladıq deyə, əppək verdilər". Hə, siz hay-küy qoparmasanız heç səhər də açılmaz, elə bilin...".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Mourinyo Trent Aleksander-Arnoldla bağlı qərar verdi
-
Ermənistan XİN rəhbəri ilə yaxın zamanda görüş keçirilə bilər - Nazir
-
Prezident İlham Əliyev: Azərbaycan-Tacikistan qardaşlığının yeni məzmunla zənginləşməsi məmnunluq doğurur
-
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
-
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib - (Foto)
-
Prezident İlham Əliyev Makedoniya Prezidentini təbrik edib
XƏBƏR LENTİ
-
İranda dollar yenə bahalaşdı
-
“Qız qalası” yenidən səhnəyə qayıdır! - (Foto)
-
"Bir oyun idi oynadıq, bitdi getdi" - Nigar Tofiqqızının nişanı qayıtdı
-
İsmayıllıda baş vermiş zəhərlənmə hadisəsinin səbəbi açıqlandı
-
Messi bu ispan klubunu alır
-
Suriyada silah-sursat anbarı partladı: Ölən və yaralananlar var
-
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
-
Kirill Budanov Rusiyada qiyabi həbs edildi
-
Türkiyədə 64 il həbs cəzası olan qadın canlı yayımda tutuldu - (Video)
-
"Mançester Yunayted"lə tarixi matç öncəsi "Sabah"da ciddi itki
-
Biləcəridə çörək emalı müəssisəsində nöqsanlar aşkarlandı
-
Rusiya–Ukrayna müharibəsi: Tank otların arasında gizlənən braziliyalı əsgərin üzərindən keçdi – (Video)
-
Aleksandr Şarovski dəfn edildi - (Yenilənib)
-
Mərhum jurnalistin məzarından bürünc barelyef oğurlanıb
-
Seda Sayanın əri ilə romantik anları: "O qədər gözəlsən, "Ay kimsən"" - (Video)
-
Firuzə İbadova xəstəxanaya yerləşdirildi
-
Qalib Bayramova hökm oxundu
-
Vəfat edən qızının əmanətini gəlin köçürən nənə və baba kövrəltdi - (Video)
-
Bank VTB (Azərbaycan) uşaqlar üçün 6-cı “Yay düşərgəsi” təşkil edib
-
Gürcüstandan uçan təyyarə dənizə təcili eniş edib
-
Naxçıvanda 45 kiloqramdan çox metamfetamin ələ keçirildi
-
“Mourinyonun Arda ilə problemini həll etmək çətindir”
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Xalq artisti Aleksandr Yakovleviç Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıblar
-
Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin





