Siyasət

Əfv komissiyasının növbəti iclasının vaxtı bilindi

3 Mart 2021 11:41
Baxış: 327

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, növbəti iclasın martın 4-də keçiriləcəyi nəzərdə tutulur.

Qeyd edək ki, indiyədək komissiyanın yeni müraciətlərə baxılması üçün 5 iclası keçirilib və daxil olan müraciətlərin 550-dən çoxuna baxılıb. İclaslarda əsasən yol nəqliyyat hadisəsi törətmiş şəxslərin, əcnəbilərin və hərbi qulluqçuların müraciətlərinə baxılıb.

Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.