Siyasət

Paşinyan Putindən qorxdu, geri çəkildi

1 Mart 2021 13:47
Baxış: 2 812

Nikol Paşinyanla Vladimir Putinin telefon söhbəti zamanı "İsgəndər" operativ-taktiki raket kompleksləri də müzakirə olunub. Daha doğrusu, Ermənistanın bu sistemdən istifadə etməsi məsələsi.

Nikol Paşinyanın mətbuat katibi Mane Gevorqyan belə deyib.

Milli.Az Ermənistan mediasına istinadən bildirir ki, M.Gevoqyan daha sonra söyləyib: "Mövcud məlumatların və faktların tutuşdurulması nəticəsində Ermənistanın baş naziri belə qərara gəlib ki, situasiya ilə bağlı yetərincə, dolğun informasiya almayıb. Bundan başqa, baş nazirin bəyanatı hərbi və hərbi-sənaye sahələrində Ermənistan-Rusiya müttəfiqlik münasibətlərinin məzmunu, habelə keyfiyyəti ilə bağlı olmayıb.

Heç şübhə yoxdur ki, Rusiyanın silahları və hərbi texnikası dünyanın ən yaxşıları arasındadır. Ermənistan hərbi sənaye, yüksək texnologiyalar sahəsində Rusiya Federasiyası ilə sıx əməkdaşlığı davam etdirir. Bu əməkdaşlığı daha da genişləndirmək üçün müvafiq addımlar atmaq niyyətindəyik".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.