"Azərbaycan region ölkələrinə sülh mesajını verdi" - Səfir
44 günlük müharibədən sonra imzalanan üçtərəfli bəyanatla Azərbaycanın məqsədi region ölkələrinə sülh mesajını vermək idi.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov Qum şəhərində keçirilən "17 Rəbi-Əvvəl Beynəlxalq Qarabağ Konfransı"nda deyib.
B.Hüseynovun sözlərinə görə, 1-ci Qarabağ müharibəsində Azərbaycan dost ölkələrin köməyi ilə mübarizə aparıb. Lakin həmin dövrdə Azərbaycanın gələcəyini təmin edəcək lideri yox idi: "Ümummilli lider Heydər Əliyevin iqtidara gəlməsi və onun qonşu ölkələrlə münasibətləri möhkəmləndirməsi ilə Azərbaycanın İranla əlaqələri gücləndi və bugünədək davam edir".
B.Hüseynov qeyd edib ki, Azərbaycan xalqı İranın istər 1-ci, istərsə də 2-ci Qarabağ müharibəsindəki dəstəyini unutmayıb və unutmayacaq.
Səfir Qarabağın bərpası sahəsində Azərbaycan və İran arasında əməkdaşlıqediləcəyini də deyib.
Qeyd edək ki, bu gün İranın Qum şəhərində "17 Rəbi-Əvvəl Beynəlxalq Konfransı işə başlayıb. Konfransa İranın xarici işlər nazirinin müavini Seyid Abbas Əraqçi, Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov, İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi, Qum Dini Elmlər Seminariyasının müdiri Əlirza Ərafi, İranın Məsləhət Şurasının katibi Möhsün Rzayi, İranın Ali Liderinin Ərdəbil vilayəti üzrə nümayəndəsi Seyid Həsən Amili, İranın Ali Liderinin Şərqi Azərbaycan vilayəti üzrə nümayəndəsi Seyid Məhəmməd Əli Al Haşem, İran və Azərbaycan parlamenti dostluq qrupunun sədri Əli Nikzad, Belarus, Rusiya, Gürcüstan, Ukrayna nümayəndələri qatılıblar.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramını təsdiqləyib
-
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə dronla hücum: 2 vətəndaşımız ölüb - XİN-dən Açıqlama
-
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
-
Mourinyo Trent Aleksander-Arnoldla bağlı qərar verdi
-
Ermənistan XİN rəhbəri ilə yaxın zamanda görüş keçirilə bilər - Nazir
-
Prezident İlham Əliyev: Azərbaycan-Tacikistan qardaşlığının yeni məzmunla zənginləşməsi məmnunluq doğurur
XƏBƏR LENTİ
-
Hakimi təhqir edən futbolçuya ağır cəza
-
İstanbulda atışma: Yaralılar var
-
Paşinyan məhkəməyə verildi
-
Kirayədə yaşadığı evdən oğurluq etdi
-
Azərbaycanda bu məhsullar bahalaşdı
-
Bu heyvanları saxlayanlara 1000 manat veriləcək
-
Əlcəzair BƏƏ ilə diplomatik əlaqələri kəsdi
-
Azıx mağarasından silah anbarı kimi istifadə edilib
-
Bakıda sürücünün diqqətsizliyi az qala faciəyə səbəb olurdu - (Video)
-
Sahibsiz heyvanlar üçün sığınacaqlar tikiləcək
-
Tramp yatmaqdan imtina edir
-
Röyanın keçmiş əri atasının azadlığa çıxmasından danışdı: "Məni görəndə..."
-
Paşinyan Makronla görüşüb
-
Bu ölkədə hər il 20 minə yaxın insan intihar edir
-
Azərbaycanlı qadına ABŞ-də yüksək vəzifə verildi
-
Ölmüş heyvanlarla bağlı yeni qayda
-
Bakıda tıxacda qalan taksi sürücüsü görün nə etdi - (Video)
-
Şükürbəyli kəndində daha 25 ailəyə evlərinin açarları təqdim olunub - (Yenilənib)
-
Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını Roş ha-Şana münasibətilə təbrik edib
-
Qolları olmayan körpənin taleyi necə oldu? - Rəsmi açıqlama
-
Prezident İlham Əliyev qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramını təsdiqləyib
-
Azərbaycanla UN-Habitat arasında imzalanan Töhfə Sazişi təsdiq edilib
-
İlham Mirzəyev evə buraxıldı
-
3 gün, 3 gecə davam edən toy: Özbək gəlin 4 milyonluq qızıllarla yoxa çıxdı - (Video)





