Prezidentə İran sayağı sual verən çadralı jurnalist kimdir? - VİDEO
"Mehr" Agentliyi 2003 də təsis edilib, fars, ingilis, ərəb, kürd, türk və urdu dillərində xəbərlər yayımlayır.
Agentliyin təsisçisi İslam İdeologiyasını Təbliği Təşkikatıdır(Islamic Ideology Dissemination Organization).
Təşkilat mərhum Ruhulla Xomeyninin "İslam mədəniyyətini və ideologiyasını inkişaf etdirmək və təbliğ etmək məqsədi ilə" verdiyi bir fərmanından sonra 22 iyun 1981-ci ildə qurulub.Birbaşa ali dini rəhbərə tabedir.
Ona görə "Mehr" yayım siyasətində daha ehtiyatlı davranır, region ölkələri arasında əməkdaşlıq və dostluq əlaqələri haqda rəsmi gəlişigözəl ritorikanı aşan xəbər, rəy, mövqe, adətən, təqdim etmir.
Servis dillərindən və xaricdəki müxbir məntəqələrin arealından göründüyü qədər əsas xəbər prioritetləri Yaxın və Orta Şərq, Mərkəzi Asiya ilə bağlıdır, hədəf auditoriyası da bu bölgə ilə bağlı xəbərləri izləyən kütlədir.
Azərbaycandakı həmkarları ilə rəsmi tərəfdaşlıq müqavilələri var. İndiyədək Azərbaycan və Türkiyə ilə bağlı ən neytral xəbər təqdim edən İran agentliklərindən biri, bəlkə də birincisidir.
Dünən Azərbaycan Prezidentinin mətbuat konfransında "Mehr" in jurnalisti tərəfindən səsləndirilən nataraz suala gəlincə, təsadüf deyildi. Sualda səsləndirilən ittiham İkinci Qarabağ müharibəsi gedişində və sonradan İranın ən azı 4 ali rəsmi instansiyası tərəfindən bu və ya digər formada dilə gətirilib. Cənab Prezidentin suala cavabında mənbə göstərilməsi ilə bağlı bir neçə dəfə təkrar israr etməsi əslində həmin mərcilərin-instansiyaların adlarının səsləndirilməsinə nail olmaq idi. Dediyi "dost ölkədən gəlmisiniz, ona görə də mən mövzunun dərinliyinə getmək istəməzdim. Ancaq xahiş edirəm, belə şayiələr yayarkən daha məsuliyyətli olun" sözləri həmin ali və yarım ali mərcilərə verilən cavab kimi dəyərləndirilə bilər.
... Müharibədən sonra İran parlamentində Şərqi Azərbaycan vilayətini təmsil edən deputatlardan birinin çox ibrətamiz çıxışı var idi. Deputat deyirdi ki, biz istəsəydik, indiyədək buraxdığımız yanlışları aradan qaldıra, sözlərimizlə, davranışımızla dost Azərbaycan xalqının qəlbini qazana bilərdik. Sonra səhvləri mövcud H. Ruhani iqtidarının ayağına bağlayırdı.
Bəlkə də deputat haqlıydı, hansısa səhvlər cari administrasiya ilə bağlıdır. Amma "Mehr" mövcud admnistrasiyaya bağlı deyil və onun fikirlərini ifadə etmir, birmənalı.
Mövzuya dəxli olmayan bir haşiyə. Üzeyir bəyin "Arşın malalan" operettası bəzi Şərq ölkələrində vaxtilə "Çadra altında mehr(məhəbbət) və məkr" adıyla səhnələşdirilmişdi.
Cəmaləddin Quliyev
DİGƏR XƏBƏRLƏR
-
Ceyhun Bayramov Dünya İqtisadi Forumunun təşkil etdiyi qeyri-rəsmi naharda iştirak edib
-
Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
XƏBƏR LENTİ
-
Nə pilates, nə fitnes, nə də yoqa: Bədən üçün ən sağlam idman növü bəlli oldu
-
Eşşəkdən pələngədək: məşhurların ən qeyri-adi ev heyvanları
-
Ərinin geyiminə reaksiyası müzakirələrə səbəb oldu - (Video)
-
Ruh sağlamlığınızın pisləşdiyini göstərən 8 əlamət
-
Gülben Ergen vəsiyyətnaməsini eks-həyat yoldaşına verəcək - (Foto)
-
Suyun içinə 3 qaşıq əlavə edin: Siçanlar yolunu dəyişəcək
-
45 yaşlı Adriana Limanın son görüntüsü - (Foto)
-
Evdə bişirib satanların nəzərinə: Yeni qaydalar gəlir, sertifikat tələb olunacaq - (Video)
-
Həyat yoldaşınızın sizi aldatdığını büruzə verən 7 sözdən ibarət cümlə
-
Evinizdə bu çiçəkləri saxlamayın: Havanı zəhərləyir, təhlükə saçır
-
“Biz bir daha heç vaxt müstəqillik haqqında xəyal qurmamalıyıq” - Paşinyan
-
Bakıda 52 qəzalı bina söküləcək: Kompensasiya məbləği açıqlandı
-
Günün qoroskopu: Pula görə özünüzü stresə sala bilərsiniz
-
Qubadlıda yaşayış kompleksi tikilir - (Video)
-
Afra Saraçoğlu sərbəst buraxıldı - Yenilənib
-
Ceyhun Bayramov Dünya İqtisadi Forumunun təşkil etdiyi qeyri-rəsmi naharda iştirak edib
-
Sabah bu ərazilərdə işıq olmayacaq
-
Nikolas Keycin son halı - (Foto)
-
Evdə yoxsa şarj stansiyasında? Elektrikli avtomobillərin yürüşü və qiymətində kəskin fərq - (Video)
-
Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu - (Foto)
-
Məhəmməd Salah sürücülük hüququndan məhrum edildi
-
"Qəbzi deyil, hesabınızı yoxlayın": Vətəndaşları aldadan yeni dələduzluq üsulu
-
“Ömer Baba”: “Şaşmaz qardaşları dürüst adamlar deyil”
-
Xətai, Ağdaş və Yevlaxda qaz olmayacaq - Yenilənib





