Xocalı: Tarixə Qayıdış adlı Anım tədbiri - FOTO
25 fevral 2021-ci il tarixində Xocalı soyqırımının 29-cu il dönümü ilə əlaqədar Azərbaycanlı Tələbə və Məzunlar Platforması (ASAP) və Böyük Qayıdış İctimai Birliyinin təşkilatçılığı ilə virtual seminar keçirilmişdir. Tədbir Xocalı faciəsinin qurbanlarını yad etmək, eləcə də bu faciənin insanların həyatında qoyduğu dərin izləri xatırlamaq və Xocalının müasir gənclər üçün nə demək olduğunu başa düşmək məqsədilə baş tutub.
Gənclər Fondundan Milli.Az-a bildirilib ki, tədbir Xocalı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlamışdır. Tədbirdə çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ceyhun Məmmədov əvvəlcə birinci Qarabağ müharibəsinin nəticələri və Xocalı faciəsi haqqında danışmış, daha sonra isə 44 günlük müharibə nəticəsində ərazilərimizin işğaldan azad olunması və qələbəmizdən söhbət açaraq bunun ölkəmiz üçün nə demək olduğunu iştirakçılarla bölüşmüdür. Keçmiş köçkün olan millət vəkili həmçinin gənclərin 2-ci Qarabağ müharibəsindəki fəallığı, Xocalı soyqırımın həm ölkəmizdə, həm də xaricdə təbliği ilə bağlı görülən işlərdə gənclərin rolunu vurğulamışdır. Daha sonra çıxış edən ADA Universitetinin professoru Gülməmməd Məmmədov müharibə ilə bağlı öz təcrübələrini bölüşmüş və məcburi köçkün kimi yaşadığı çətinlikləri, təhsil almaq üçün çəkdiyi əziyyətləri gənclərə anlatmışdır.
Tədbir çərçivəsində, həmçinin Milli Qəhrəman Tofiq Hüseynovun qızı, Xocalı şahidi Əfsanə Ələkbərova Xocalı ilə bağlı xatirələrini tədbir iştirakçılarına danışmış, dəhşətli əzablardan keçərək sağ qaldığı və heç vaxt unuda bilməyəcəyi Xocalı soyqırımının təbliğatı və tanıdılması üçün gənclərin fəaliyyətinin vacib olduğunu bildirmişdir. Daha sonra çıxış edən 2-ci Qarabağ müharibəsinin qaziləri gənclərə öz tövsiyələrini vermiş və vətən uğrunda döyüşərək Xocalının qisasının döyüş meydanında alındığından söhbət açmışlar. Tədbir maraqlı sual-cavab sessiyasından sonra yekunlaşmışdır.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
"Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
-
Kobaxidze: Gürcüstan-Azərbaycan münasibətlərində heç bir gərginlik yoxdur
-
Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
-
Keçmiş repçi, indiki baş nazir: BMT-də görünüşü ilə müzakirə yaratdı - (Foto)
-
Müctəba Xamenei xəstəxananın dağıntıları altından xilas edilibmiş - İddia
XƏBƏR LENTİ
-
Yeni Yasamalda yaşıllığı məhv edib hotel tikirlər? - (Video)
-
21-ci əsrin ən çox izlənilən serialları
-
Gəncədə yol qəzası - xəsarət alanlar var - (Foto)
-
Aleksandar Vuçiç istefa verib
-
Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti arta bilər - (Video)
-
Lamiyyə Ələkbərova bu verilişlə qayıdır
-
27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub - (Foto)
-
Kirayə pulu ödəməmək üçün maşınında yaşayır: Aylıq xərci nə qədərdir? - (Foto/Video)
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
“Bakı, göstərdiyin sevgiyə görə təşəkkürlər” - (Video)
-
Kaşif Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Röya Ayxandan Anım günü ilə bağlı paylaşım - (Video)
-
“Müharibəyə hazırıq, Qiyamət gününədək davam etsə belə...” - Əraqçi
-
Ayxan Abbasov: "Litvaya qarşı yüksək səviyyədə mübarizə apardıq"
-
Ardanın Mbappeyə jesti - (Foto)
-
Niyə daha tez-tez tünd şokolad yeməlisiniz: Beş vacib fayda
-
UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib - Yenilənib
-
UFC-də ilk döyüşünə çıxan azərbaycanlı idmançı diskvalifikasiya olundu - (Video)
-
Tanınmış fotoqraf və qızı Bakı-Sumqayıt yolunda ağır qəzaya düşüblər
-
Dünyada deputatların ən çox maaş aldığı 10 ölkə
-
İrandan xəbərdarlıq: "Bütün region irimiqyaslı münaqişəyə qərq olacaq"
-
Şəhid tələbəsini bu sözlərlə yad etdi - (Fotolar)
-
“Akasya Durağı”nın aktrisası illər sonra üzə çıxdı - (Fotolar)
-
İdman brendi Benzemadan imtina etdi





