Qərbi Azərbaycanda dağıdılan və ya erməni kilsəsinə çevrilən məscidlər - FAKTLAR
Ermənilərin Qərbi Azərbaycanda Azərbaycan izlərini silmək məqsədilə dağıtdıqları tarixi-dini abidələrin sayları yüzlərlədir.
Milli.Az bildirir ki, bunu Trend-ə AMEA-nın Elm Tarixi İnstitutunun Elm tarixinin nəzəri və metodoloji problemləri şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev deyib.
Onun sözlərinə görə, ermənilərin Qərbi Azərbaycan köçünün genişlənməsinin əsası İrəvan xanlığı dövründə qoyulmuşdu. İrəvan xanı Hüseynəli xanın 1760-cı ildə Eçmiədzin (Üçkilsə) monastırı ilə bağlı imzaladığı fərmanla ermənilərə geniş hüquqlar verildi. Bir çox Azərbaycan kəndləri ermənilərə verilir və adları dəyişdirilirdi. Bu proses Türkmənçay anlaşmasından sonra kütləvi hal aldı. Azərbaycan ərazisinə köçürülən ermənilər müxtəlif üsullardan istifadə edərək Azərbaycanın bu ərazilərdəki tarixini yox etməyə çalışırdılar. Bu üsullardan biri də Qərbi Azərbaycan torpaqlarında mövcud olmuş abidələrin dağıdılması idi.
B.Quliyev ermənilərin Qərbi Azərbaycanda dağıtdıqları tarixi-dini abidələrə misal olaraq, qeyd edib ki, XVIII əsrdə Abbas Mirzə Qacar (Fətəli Xan Qacarın oğlu) tərəfindən İrəvan qalasında inşa etdirilən Abbas Mirzə məscidi Azərbaycan memarlığında geniş istifadə olunan göy və yaşıl rəngli kaşılarla bəzədilmişdi. Lakin məscid tamamən dağıdılıb, onun sadəcə bir divarının qalıqları qalıb. İrəvan quberniyasının Ərgəz kəndində yerləşən məscid də eyni aqibətə məruz qalıb. Bundan başqa, XVIII əsrə aid olan Hacı Cəfər məscidi də tamamən dağıdılıb.
Alim əlavə edib ki, İrəvan şəhərinin qədim məscidlərindən biri olan Novruzəli bəy məscidinin iri günbəzi və çoxrəngli kaşılarla bəzədilmiş divarları olub. Bu məscid hələ XX əsrin əvvəllərində dağıdılıb. 1725-ci ildə Rəcəb Paşa tərəfindən İrəvan qalasında inşa edilmiş Osmanlı memarlıq üslublu məscid isə 1828-ci il Türkmənçay anlaşmasından sonra rus pravoslav kilsəsinə çevrilib. İrəvanda tikilmiş Şükürbəyli məscidi hələ də rus pravoslav kilsəsi kimi fəaliyyət göstərir.
B.Quliyev deyib ki, İrəvanda yerləşən ən qədim dini ibadətgahlardan biri olan və inşası Səfəvilərin erkən dönəminə təsadüf edən Sərdar məscidi Qala məscidi və ya Köhnə məscid adı ilə məşhur olub. Azərbaycanın şimalı rus qoşunları tərəfindən işğal olunduqdan sonra məscid dağıdılmağa başlanılıb, sovet Ermənistanı dövründə isə Sərdar məscidi hissə-hissə sökülərək onun yerində yaşayış evləri tikilib. Bundan başqa İrəvan qalası, Aşıq Ələsgərin qəbirüstü abidəsi, XVI əsrdə inşa edilən Sərdar sarayı, Urud abidələr kompleksinə məxsus olan iki qoç heykəli tamamilə məhv edilib:
"Ermənilər tərəfindən dağıdılmış abidələri saymaqla bitməz, onların bəziləri heç qeydiyyata da düşməyib. Hazırda ermənilər öz havadarları ilə birlikdə xristian abidələrinin qorunması ilə bağlı "narahatlıq"larını ifadə edirlər. Lakin ermənilərin bu vəhşilikləri törətməsi, bizim isə Bakıda erməni kilsəsini bir abidə olaraq qorumağımız dünya mədəni irsinə necə yanaşmağımızın nəticəsidir. Dünyanın bu faktlara laqeydcəsinə yanaşması sadəcə Azərbaycan mədəniyyətinin məhv olmasına yönəlmiş addım deyil, bu, həm də dünya irsinin məhv olmasına göz yummaqdır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
-
İtaliyanın Baş naziri yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
"Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
-
Kobaxidze: Gürcüstan-Azərbaycan münasibətlərində heç bir gərginlik yoxdur
-
Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
XƏBƏR LENTİ
-
Ukrayna ordusu 250-dən çox rusiyalı hərbçini əsir götürdü
-
Azərbaycanda hava kəskin dəyişir - Proqnoz verildi
-
Bakıda bəzi küçələrdə hərəkət qadağan edilir - Oktyabrın 5-dən
-
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN
-
Ürəyinizi qorumaq istəyirsinizsə, bunlara diqqət edin - Kardioloqdan 5 məsləhət
-
“Qəbələ”nin məşqçilər korpusunda iki yenilik
-
Piter Magyarın toxunulmazlığı ləğv edildi
-
Mustafa Sandaldan 11 milyardlıq qalmaqalla bağlı açıqlama - (Foto)
-
Azad edilmiş ərazilərdə 1673 mina və sursat zərərsizləşdirildi
-
Qış gəlməmiş bunu edin - Qaz pulunuz çox gəlməsin
-
ABŞ gəmisi vuruldu - 8 hərbçi yaralandı
-
Bu il neçə köhnə cinayətin üstü açılıb? - Baş prokuror açıqladı
-
Zelenski hücumda ölən azərbaycanlı Abbasla bağlı başsağlığı verdi
-
Yasamalda yaşıllığı məhv edərək hotel tikirlər? - (Video)
-
Tramp süni intellektlə bağlı bəyanat verəcək
-
Əsgərlər hansı hallarda xidməti başa vurmadan evə qayıda bilər?
-
Azərbaycanlılara qarşı müharibə cinayəti törədənlərə layiqli cəzalar verilib - Baş Prokuror
-
Vətən müharibəsi qazisi, tanınmış aşpaz vəfat etdi
-
Kiyevdə dron hücumu zamanı azərbaycanlı öldü - (Foto)
-
Milli Məclisdə 16 mühüm məsələ müzakirə olunacaq
-
Yük maşını sürücülərinə xəbərdarlıq: Bunları etməyin
-
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
-
Estetik əməliyyat sonra paylaşımı gündəm oldu: “Zənginsinizsə, çirkin deyilsiniz!”
-
Prezidentin ali xüsusi rütbə verdiyi Sənan Paşayev kimdir? - Dosye





