Ermənilər təlaşda: "Azərbaycanlı əsgərlər daha bir kəndə girdilər" - FOTO
Ermənistanın tanınmış jurnalistlərindən olan Bella Lalayan şəxsi Facebook səhifəsində paylaşıb ki: "Türklər ilk dəfə Aknaxpyur kəndində peyda olublar".
Ermənilərin "Aknaxpyur" dedikləri Aşağı Ağdan Ermənistanın İcevan (Karvansaray) rayonundadır.
Eyni zamanda, həmin adda kənd də Qarabağın Xocavənd rayonunda yerləşir və əsl adı Ağbulaqdır.
Ermənistandakı Aknaxpyur çar Rusiyası dönəmində Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasının kəndi idi.
Rayon mərkəzindən 21 km məsafədə yerləşir.
Toponim türk dilində "kiçik, alçaq, çox da hündür olmayan" mənasında işlənən ağ sözü ilə "çöl, səhra, açıq yer" mənasında işlənən dan sözünün birləşməsindən əmələ gəlib. Relyeflə bağlı yaranan toponimdir. Quruluşca mürəkkəb toponimdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 may 1967-cı il tarixli fərmanı kəndin adı ilə dəyişdirilib Morut, 11 noyabr 1970-ci il tarixli fərmanı ilə yenidən dəyişdirilərək Aknaxpyur qoyulub.
İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycanla Ermənistan arasındakı dövlət sərhəddinin delimitasiyası və demarkasiyası prosesi davam edir.
28 illik işğal zamanı Ermənistan ərazisinə ilhaq edilmiş Kəlbəcər, Qubadlı, Zəngilan, Laçın və Qazax rayonlarının kəndləri ilə əraziləri azad olunur, həmin məkanlarda Azərbaycan bayrağı ucaldılır.
Hazırda proses Ermənistanın Tavuş rayonuna çatıb.
Xocavənd rayonundakı Ağbulaq kəndi isə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən 1993-ci ildə işğal edilmişdi. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Ağbulaq kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçib.
Orxan Hun
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib - (Foto)
-
Prezident İlham Əliyev Makedoniya Prezidentini təbrik edib
-
Azərbaycan və Ermənistan sülhə doğru irəlilədikcə, bu film yanıldıcı mənzərə yaradır
-
Sahibə Qafarova Alimlər və Parlamentarilər üçün 4-cü beynəlxalq seminarda çıxış edib - (Foto)
-
İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinə yeni sədr təyin olundu
-
Prezident İlham Əliyev Fəxri Kazımovu vəzifəsindən azad etdi
XƏBƏR LENTİ
-
Bağçaya kül səpin: Möcüzə yaradır
-
Xərçəng xəstələrinin sayı 67% artacaq
-
UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunları keçirilib
-
Zərdabda ağır qəzada 5 nəfər yanaraq ölüb - (Foto)
-
“WhatsApp” bu telefonlarda artıq işləməyəcək
-
"Miss Avstriya"nın qalibi 22 yaşında vəfat etdi - (Foto)
-
Şəkidə faciəvi şəkildə ölən Ucal bu agentliyin əməkdaşı imiş
-
Sabah bir neçə rayonda işıq olmayacaq
-
"Tasnim": ABŞ İranın neft tankerinə raket hücumu edib
-
Günün qoroskopu: Sağlamlığınıza xüsusi diqqət yetirin
-
2027-ci illə bağlı Vanqanın proqnozu
-
Qatarın vurduğu 24 yaşlı Rahillə bağlı təsirli fakt
-
Bakıda restorana məxsus transformator yanıb - Yenilənib - (Video)
-
Heyvandarlıqda yeni subsidiya modeli: Fermerlər üçün nə dəyişəcək?
-
Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - (Video)
-
Azərbaycanda bu şəxslər ödənişsiz psixoloji yardım alacaqlar
-
Xətai qaranlığa qərq oldu
-
24 yaşlı məşhur fud-bloger öldü
-
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib - (Foto)
-
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
-
"Şəki Yaylası"nda faciəvi şəkildə ölən Coşqun və Ucalın (Fotosu)
-
"Şəki Yaylası" istirahət mərkəzində 2 nəfərin ölməsi ilə bağlı araşdırma aparılır - Yenilənib - (Video)
-
Nə istədiyini bilməyən bürclər
-
Balaxanıdakı yanğın söndürülüb - Yenilənib - (Video)





