Siyasət

Ötən il siyasi partiyalara ayrılan vəsait açıqlanıb

10 Fevral 2021 18:41
Baxış: 850

2020-ci ildə Azərbaycanda dövlət büdcəsindən siyasi partiyalara 3,6 milyon manat maliyyə yardımı ayrılıb.

Bu barədə Milli.Az-a Maliyyə Nazirliyindən məlumat verilib.

Həmçinin, ötən il kütləvi informasiya vasitələrinin ("Azərbaycan Televiziya və Radio Verilişləri" QSC, İctimai Televiziya və Radio Yayımları Şirkəti, "Mir" Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan Milli Nümayəndəliyi, Milli Televiziya və Radio Şurası, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu) fəaliyyətinin təmin olunması məqsədilə dövlət büdcəsindən üst-üstə 50,6 milyon manat vəsait yönəldilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.