Siyasət

“Laçın dəhlizi ilə hərəkət təhlükəsizdir, atəşkəsə riayət olunur” - Rusiya MN

28 Yanvar 2021 11:02
Baxış: 1 082

Dağlıq Qarabağda bütün təmas xəttində atəşkəsə əməl olunur.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.

"Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları 27 müşahidə məntəqəsində atəşkəsə riayət olunmasına nəzarət və monitorinq tapşırıqlarını yerinə yetirməyə davam edirlər. Rus sülhməramlıları mülki nəqliyyat vasitələrinin və sakinlərin Laçın dəhlizindəki hərəkətinin təhlükəsizliyini, ərzaq məhsulları və müxtəlif malların daşınmasını təmin edirlər. Atəşkəsə təmas xətti boyunca əməl olunur", - açıqlamada vurğulanıb.

Həmçinin qeyd olunub ki, Rusiya sülhməramlı kontingentinin müşahidə məntəqələrinin heyətləri pozuntuların qarşısını almaq, habelə müşahidə postlarına mümkün  hücumların qarşısının alınması üzrə müntəzəm olaraq döyüş hazırlığı təlimləri həyata keçirir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.