Siyasət

Qarabağla bağlı üçtərəfli bəyanat ardıcıl şəkildə icra olunur - Putin

27 Yanvar 2021 17:04
Baxış: 1 053

2020-ci ilin noyabrında Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Dağlıq Qarabağla bağlı imzaladıqları üçtərəfli bəyanat ardıcıl şəkildə icra olunur.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Rusiya prezidenti Vladimir Putin Davos iqtisadi forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Moskva Dağlıq Qarabağda münaqişəni dayandırmaq üçün vasitəçilik səylərini göstərib:

"Məlum olduğu kimi, noyabra Rusiya, Azərbaycan və Ermənistan üçtərəfli bəyanat imzalayıb. Bu sənəd ardıcıl şəkildə icra olunur. Qan tökülməsinin qarşısı alınıb və ən əsası da budur. Tam atəşkəsə nail olunub və stabilləşmə prosesi başlayıb".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.