"Bölgədə kifayət qədər yeni geosiyasi və iqtisadi reallıqlar formalaşır"
"Hesab edirəm ki, Xəzəryanı dövlətlərin 2018-ci ildə qəbul etdiyi konvensiya faktiki olaraq bölgənin sosial, iqtisadi və humanitar inkişafı üçün kifayət qədər ciddi zəmin yaratmış oldu və Azərbaycanla Türkmənistan Prezidentlərinin "Dostluq" yatağının birgə istismarı ilə bağlı qəbul etdiyi qərar məhz sabitlik və inkişaf nöqteyi nəzərdən olduqca ciddi qərar kimi mövqeləşməkdədir".
Bunu Milli.Az-a açıqlamasında iqtisadçı-ekspert Elşad Məmmədov deyib.
Ekspert bildirib ki, Azərbaycanla Türkmənistanın əlaqələrini inkişaf etdirmək üçün böyük potensial var:
"Nəzərə almaq lazımdır ki, uzun illər bölgədən uzaq dövlətlərin müdaxiləsi nəticəsində Xəzərdə mövcud olan problemlərin dərinləşməsi trend təşkil edirdi. Son illər isə məhz Xəzər bölgəsi dövlətlərinin bölgənin inkişafını müəyyən etməsi istiqamətindəki səyləri bölgənin sabitlik və inkişaf məkanına çevrilməsi üçün şərait yaratmış oldu. Nəzərə almaq lazımdır ki, Azərbaycanla Türkmənistanın bütövlükdə qarşılıqlı əlaqələrinin inkişaf etdirilməsi üçün böyük potensial var. Və eyni zamanda unutmayaq ki, dünyada və bölgədə kifayət qədər yeni geosiyasi və iqtisadi reallıqların formalaşması göz qabağındadır. Belə olan halda regional iqtisadi reallığın dərinləşməsinə çox ciddi ehtiyac formalaşmış və düşünürəm ki, yeni platformaların əməkdaşlığa, sabitliyə xidmət etməsi nəticəsində Azərbaycanla Türkmənistan arasındakı iqtisadi əlaqələrin potensialı xeyli dərəcədə reallaşdırılmış olacaq".

E.Məmmədov onu da qeyd edib ki, "Dostluq" yatağı ilə bağlı razılaşma bütövlükdə bölgənin dayanıqlı inkişaf xəttinin formalaşdırılması üçün olduqca ciddi təkan verə bilər:
"Hər iki ölkə kifayət qədər böyük iqtisadi resuruslara malikdir. Eyni zamanda hər iki ölkənin dayanıqlı və qabaqlayıcı iqtisadi inkişaf xəttinə keçməsi üçün tam şəkildə şərait var. Nəzərə almaq lazımdır ki, təbii ehtiyyatlar nöqteyi nəzərdən, demoqrafik potensial və real vəziyyət baxımından, bununla yanaşı istehsal güclərinin gücləndirilməsi, yüklənməsi nöqteyi nəzərdən və intellektual resurusların da imkanı bu gün onu deməyə əsas verir ki, ölkədə və bölgədə baş verən proseslər konteksində əlaqələrin daha da inkişafı lazımdır. Məhz Azərbaycan üçün də xarici istiqadi əlaqələrin qurulması nöqteyi nəzərdən, Türkmənistan üçün də bu proseslərin reallaşdırılması baxımından bölgə ölkələri ilə qarşılıqlı, humanitar, iqtisadi, siyasi əlaqələrin dərinləşməsinə ehtiyac var. Ona görə də düşünürəm ki, Azərbaycanla Türkmənistan arasında əldə olunmuş "Dostluq" yatağı ilə bağlı razılaşma bütövlükdə bölgənin dayanıqlı inkişaf xəttinin formalaşdırılması üçün olduqca ciddi təkan verə bilər".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
-
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib
XƏBƏR LENTİ
-
"Amerikada bir ay konsert verdik, 100 dollar pul verdilər" - Alim Qasımovla müsahibə
-
Federiko Valverde zədələndi
-
“Ana olmaq istəyirəm” - Dakota Conson
-
Nərimanovda binadakı yanğın söndürülüb - Yenilənib - (Video)
-
Xəzərdə zəlzələ olub
-
Ramil Vəlibəyov vəzifəsindən azad olundu
-
Bakıda marketdə arvadını döyən şəxs həbs olundu - (Video)
-
"Qalatasaray"da Okan Buruk getsə, fransalı mütəxəssis gələ bilər
-
Nazirlər Kabineti şagirdlərin geyim formasının standartlarını təsdiqləyib
-
Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunmuş Fidan HacıyevanınIII Beynəlxalq Opera Festivalı çərçivəsində konsert keçirilib - (Foto)
-
Afra Saraçoğlu hava limanında saxlanıldı
-
Bu şəxslərin pensiyası minlərlə manatdır - Siyahı
-
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Tacir Şahmalıoğlu əməliyyat olundu
-
Akademik Milli Dram Teatrı və Naxçıvan Dövlət Milli Dram Teatrı arasında Memorandum imzalanıb - (Foto)
-
Fanatının "Bentley" üzərində Aygün Kazımovaya sevgisi nümayişi - (Video)
-
Bakının bu rayonunda qaz kəsiləcək
-
Pünhan Priyevin toyunda kövrək anlar: Gəlinin qardaşı ağladı - (Video)
-
Masallıda toyuq kəsimi sahələrində nöqsanlar aşkarlanıb
-
Əməkdar artist nəvəsinə ad günü keçirdi - (Video)
-
"Ermənistan və Rusiya bundan sonra əvvəlki kimi olmayacaq"
-
Bakının bu ərazisində zəhərli ilanlar peyda oldu - (Foto)
-
Azərbaycanda futbol üzrə ilk dünya çempionatı və festivalla əlaqədar viza proseduru sadələşdirilir
-
İnsan susuz neçə gün yaşaya bilər?





