Siyasət

Xaricdə yaşayan Azərbaycan vətəndaşlarına pasportla bağlı müraciət olunub

22 Yanvar 2021 14:34
Baxış: 826

Xaricdə yaşayan Azərbaycan vətəndaşlarına pasportla bağlı müraciət olunub.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Milli.Az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarına uyğun olaraq, 01 yanvar 2020-ci il tarixindən etibarlıq müddəti bitmiş və ya sonra bitən pasportlarının etibarlıq müddəti 01 iyul 2021-ci il tarixinədək uzadılmış hesab olunur.

Xahiş olunur nəzərə alasınız ki, etibarlıq müddəti bitmiş pasport ilə beynəlxalq sərhədləri keçmək mümkün deyil.

Bunu nəzərə alaraq, Azərbaycana səfər edəcəyiniz halda, Səfirlik vasitəsi ilə qayıdış şəhadətnaməsi üçün müraciət etməyiniz xahiş olunur. Daha ətraflı məlumat üçün : https://washington.mfa.gov.az/en/content/133/umumi-melumat

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.