Paşinyanın planlarını məhv edən hadisə - Ermənistanı çökdürən səbəb - FOTO
Deyəsən 44 günlük müharibə ermənilərə dərs olmadı. Unutdular ki, hər şey Şuşayla (Paşinyanın Şuşada Cıdır düzündə sərxoş halda yallı getməsindən sonra) başladı, Şuşa ilə də bitdi. Noyabrın 8-i Azərbaycan Ordusunun qayalara dırmaşaraq düşmənlə əlbəyaxa döyüşə girməsi nəticəsində "alınmaz qalanın" - Şuşanın azad edilməsi ilə Ermənistanın bütün planları alt-üst oldu. Düşmən Şuşanın əldən çıxması ilə anladı ki, Azərbaycan Ordusu qısa zamanda bütün Ermənistanı da ələ keçirə bilir. Amma bizim belə bir lyuksumuz yox idi. Biz doğma torpaqlarımızı işğaldan, düşmən tapdağından azad etmək üçün səfərbər olduq və istəyimizə çatdıq.

Bunun nəticəsi idi ki, noyabrın 10-da Ermənistanın kapitulyasiyasını rəmiləşdirən üçtərəfli bəyanata qol çəkildi. Davamı kimi də yanvarın 11-də Moskvada Rusiya, Azərbaycan Prezidentlərinin və Ermənistan baş nazirinin iştirakı ilə kapitulyasiya aktının detallarına aydınlıq gətirildi. Bir daha bütün dünyaya məlum oldu ki, Azərbaycan cəmi 44 günə 30 illik həsrətə son qoymaqla yanaşı, bölgənin regionun gələcəyinə hesablanmış böyük kommunikasiya xətləri ilə bağlı planının da əsasını qoydu. Ötən gün isə Azərbaycanla Türkmənistanı daha da yaxınlaşdıran "Dostluq" yatağı ilə bağlı Anlaşma Memorandumunun imzalanması müstəqilliklərini qazandıqdan sonra münasibətlər gərgin olan iki ölkə arasında buzları ərtiməklə yanaşı, Azərbaycana yeni bir dost, müttəfiq qazandırdı. Bu yataqdan əldə edilən neft və qaz Azərbaycan üzərindən Türkiyə və Avropa ölkələrinə nəql ediləcək.

"Dostluq" yatağı ilə bağlı memorandumun müharibədən sonra imzalanması Azərbaycana əlavə siyasi divident də qazandırdı. Azərbaycan həm müharibədə qələbə qazandı, həm də dostlarının sayını artırdı.
Bütün bu hadisələr fonunda məğlub Ermənistandan gələn açıqlamalar düşmənin nəticə çıxara bilmədiyini göstərir. Belə ki, Ermənistanın xarici işlər naziri Ara Ayvazyanın "Şuşa ermənilərin mədəniyyət mərkəzidir" ifadəsi nə qədər qıcıq yaratsa da bir o qədər də gülüşə səbəb olur. Çünki Şuşa ermənilərin mədəniyyət mərkəzi yox, erməni vandalizminin nümunəsidir. A.Ayvazyan bu vandalizmə görə xəcalət çəkmək, üzrxahlıq etmək əvəzinə, sərsəm açıqlamalar verir. Əgər A.Ayvazyan dediklərinə özü inanırsa, necə olur ki, onun təmsil etdiyi Ermənistan "ermənilərin mədəniyyət mərkəzi" olan bir şəhəri yerlə-yeksan edib, burada maddi və mədəni irsi dağıdıb, məhv edib?! Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 14-də Şuşaya səfər edərkən etdiyi çıxışında ürək ağrısı ilə bildirib ki, ermənilərin "ürəyində nə qədər düşmənçilik hissi olmalı idi ki, bax, bu vəhşiliyi törətsinlər... erməni vandalları bizim bütün şəhərlərimizi yerlə-yeksan etdilər. İndi azad edilmiş torpaqlarda olarkən bunu öz gözümlə görürəm və bütün dünya görməlidir".

Prezident İlham Əliyev Şuşaya səfərində ona da işarə etmişdi ki, "Ermənistan saxtakarlıq edərək bütün dünyaya Şuşa haqqında uydurmalar çatdırırdı ki, guya Şuşa onların qədim şəhəridir. Pənahəli xanın saldığı şəhər necə erməni şəhəri ola bilər?!".
Faktiki olaraq bu ölkənin hərbi-siyasi rəhbərliyinin başında olan Nikol Paşinyan isə parlamentdə son çıxışı zamanı "Müzakirə prosesinin bütün dövrü ərzində azərbaycanlı qaçqınların Şuşaya qayıtmasını nəzərdə tutmayan bir seçim yox idi. Bundan əlavə, birinci müharibəyə qədər Şuşa əhalisinin 90%-i azərbaycanlılar idi. Yəni siz demək istəyirsiniz ki, əhalisinin 90%-dən çoxu azərbaycanlı olan Şuşa ermənilərə aiddir?" açıqlaması ilə həm Şuşanın əsl sahibinin kim olduğunu təsdiqləmiş oldu, həm də Şuşa məğlubiyyətinə görə bir növ özünə bəraət qazandırdı.
Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa bütövlükdə Türk və İslam dünyasının da mədəniyyət paytaxtı olmağa tam layiqdir. Qısa zamanda bütün dünya Şuşanın əsl sahininin kim olduğunu daha yaxşı dərk edəcək.
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev İordaniya Haşimilər Krallığı Nümayəndələr Palatasının nümayəndə heyətini qəbul edib (Foto/Video)
-
Ceyhun Bayramov və Baxtiyar Saidov telefonla danışdı
-
Ukrayna niyə başsağlığı vermədi? - Azovda həlak olan azərbaycanlıların ailələri ədalət tələb edir
-
BMT-də Azərbaycanın humanitar yardım alan ölkədən donor ölkə statusuna keçdiyi qeyd olunub
-
Rüstəm Minnixanov Prezident İlham Əliyevə məktub ünvanlayıb
-
Ceyhun Bayramov Ralf Horlemannı qəbul edib
XƏBƏR LENTİ
-
Mətbəximizdəki bəzi qida əlavələri ürək xəstəliklərinə səbəb olur
-
Zolaqlı geyimləri kombinləməyin 4 yolu
-
İngilis çay saati klassiki: Scone resepti
-
Bakıda yağışdan sonra yaranan gölməçə probleminə çarə - (Video)
-
Ən yaxşı yemişi seçməyin yolları - Sadəcə qoxulamaq kifayət deyil
-
Üstündən avtobus keçən qadının nəvəsi baş verənləri danışdı - (Video)
-
Bakıda sürücü motosikletçini vuraraq qaçdı (Video)
-
"Al Hadath": İran ABŞ ilə danışıqları vasitəçilərlə davam etdirir
-
Günün qoroskopu: Romantik münasibətlərdə xoş sürprizlər ola bilər
-
Messi yenidən "Barselona" forması geyinəcək
-
Osimhen üçün 150 milyonluq tələb: "Manchester United" hərəkətə keçdi
-
Hüseyn Məhəmmədoğlu:“Get dişini düzəlt, pulun yoxdur?”
-
Azərbaycan boksçuları 12 medal qazanıb (Foto)
-
Yasamalda yaşayış kompleksində mənzil yanıb - (Video)
-
“Goal” tarixin ən yaxşılarını seçdi
-
Bakıətrafı qəsəbələrdə qiymət 15% qalxacaq - (Video)
-
"Al Mayadeen": Tramp üzr istəməyənə qədər İran danışıqlara davam etməyəcək
-
Anomal istilərə görə Fransada 845 məktəb bağlanacaq
-
Yamal Messini keçdi
-
Moskvada binada güclü yanğın - 60 nəfər təxliyə edilib
-
DÇ-2026: İspaniya Səudiyyə Ərəbistanını darmadağın edib
-
Yup-yumşaq, tək-tək pizza resepti
-
Xəyalənin 14 yaşlı qızı - (Foto)
-
ABŞ-də təyyarə qəzası - ölənlər var





