Siyasət

Rusiyadan Laçın dəhlizi ilə bağlı açıqlama - FOTO

15 Yanvar 2021 11:43
Baxış: 4 897

"Dağlıq Qarabağ ərazisində Rusiyanın Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının humanitar missiyası davam edir. Hazırda mütəxəssislər Cənubi Qafqazda əsas nəqliyyat dəhlizi olan Laçın aşırımında növbə çəkirlər".

Milli.Az bildirir ki, Rusiyanın Fövqəladə Hallar Nazirliyinin yaydığı açıqlamada belə deyilir.

Açıqlamada vurğulanır ki, xüsusilə də əlverişsiz hava şəraitində mümkün fövqəladə halların qarşısının alınması və fəsadların aradan qaldırılması üçün operativ qruplar Laçın dəhlizinə yollanırlar. Xilasedicilər yerli sakinlərin avtomobillərinin təxliyyəsinə və yedəklənməsinə yardım edir, izahat işləri aparırlar.

Rusiyalı xilasedicilərin indiyədək 20 olayda yardım göstərdikləri vurğulanıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.