Siyasət

ICESCO işğaldan azad edilmiş ərazilərimizə texniki missiya göndərəcək

14 Yanvar 2021 17:07
Baxış: 372

Biz razılığa gəldik, gələcəkdə ICESCO işğaldan azad edilmiş ərazilərimizə texniki missiya göndərəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Mədəniyyət naziri Anar Kərimov bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, İCESCO nümayəndə heyəti Füzuli və Ağdama səfər edib: "Onlar öz gözləri ilə şahid olublar ki, ermənilər tərəfindən hansı cinayətlər törədilib. Füzulidə bir sağlam bina tapılmayıb. Nümayəndə heyəti Ağdamda Cümə Məscidi və ətrafdakı ərazilərə səfər ediblər. Ermənilər tərəfindən etnik təmizləmə ilə yanaşı, mədni təmizləmə aparıldığına şahid olublar. Bu hadisələr göstərir ki, ermənilər insanlığa qarşı cinayət törədib. Biz ümid edirik ki, İCESCO öz hesabatında bu cinayətləri qeydiyyayata alacaq və onları sənədləşdirərək dünyaya, geniş ictimaiyyətə təqdim edəcəklər".

Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.