Azərbaycan 2020-ci ilin çətin sınaqlarından uğurla çıxmağı bacardı
Hazırda beynəlxalq miqyasda ölkələrin iqtisadi inkişafı üçün şərtlər heç də arzuedilən deyil. Qlobal pandemiya səbəbindən dünyada mal və xidmətlərə tələbat azalıb ki, bunun da nəticəsində iqtisadi aktivlik aşağı düşüb. Mütəxəssislərin qənaətinə görə, pandemiya səbəbindən yaşanan tənəzzül meyilləri 2008-ci il böhranından daha dərin olacaq.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

A.Hüseynov bildirib ki, yeni növ koronavirus pandemiyası başlayandan bəri təxminən 150 ölkə maliyyə dəstəyi almaq üçün Dünya Bankına, Beynəlxalq Valyuta Fonduna müraciət edib.
Azərbaycanın adının bu siyahıda olmadığını deyən deputat qeyd edib ki, ölkəmiz pandemiya səbəbindən artan xərclərini sırf daxili imkanları hesabına qarşılayır:
"Bundan başqa, məsuliyyətli dövlət olan Azərbaycan indiki çətin şəraitdə qlobal həmrəyliyin möhkəmlənməsinə töhfə olaraq Ümumdünya Səhiyyə Təşkilatına iki tranşda 10 milyon ABŞ dolları həcmində ianə ayırıb, həmçinin 30-dan çox ölkəyə dəstək göstərib. Əlamətdar haldır ki, pandemiya dövründə respublikamızda hər hansı bir sosial layihə ixtisara salınmayıb, əksinə Prezident İlham Əliyevin təşəbbüsü ilə təxminən 5 milyon insanı əhatə edən sosial dəstək proqramı reallaşdırılıb. Azərbaycan 2020-ci ilin çətin sınaqlarından uğurla çıxmağı bacardı".
A.Hüseynov bütün bunların təməlində Azərbaycanın güclü iqtisadiyyatının dayandığını bildirib. "Son 17 ildə Azərbaycanda Prezident İlham Əliyevin siyasi iradəsi ilə genişmiqyaslı islahatlar aparılıb, iqtisadi inkişaf üçün bütün şərtlər yüksək səviyyədə təmin edilib. Nəticədə, respublikamızda rəqabətqabiliyyətli iqtisadiyyat formalaşıb. Bu gün milli iqtisadiyyatımız mənfi xarici şoklara müqavimət göstərmək iqtidarındadır. Ölkəmiz 44 günlük Vətən müharibəsində də ilk növbədə güclü iqtisadi potensialı əsasında şanlı qələbəyə imza atdı və ərazi bütövlüyünü təmin etdi".
Millət vəkili vurğulayıb ki, bu gün Azərbaycanın iqtisadi sahədə qazandığı uğurlar beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir:
"Dünyanın aparıcı iqtisadi-maliyyə qurumlarının hesabatlarında milli iqtisadiyyatımızın dayanıqlılığına, ölkəmizdə aparılan iqtisadi məzmunlu islahatlara yüksək qiymət verilməsi sıradan bir hadisə sayıla bilməz. Diqqət yetirək, Dünya Bankının yenidən işlənmiş "Doing Business" hesabatına əsasən, respublikamız 190 ölkə arasında 28-ci yerdə qərarlaşıb. Bundan əlavə, Azərbaycan dünya üzrə 10 ən islahatçı ölkə sırasına daxil edilib. Dünyanın bir nömrəli iqtisadi platforması sayılan Davos İqtisadi Forumunun hesabatında da ölkəmizlə bağlı müsbət məqamlar yer alıb. Sözügedən hesabata əsasən, Azərbaycan əhalinin elektrik enerjisi ilə təchizatı səviyyəsinə görə dünya miqyasında ikinci yerdədir. Hökumətin islahatçı obrazı əmsalına görə respublikamız beşinci sırada gəlir. Hökumətin uzunmüddətli strategiyası indeksi üzrə ölkəmiz 10-cu, hökumətin siyasi sabitliyi təmin etməsi əmsalına görə isə 11-ci yerə layiq görülüb.
Respublikamızda aparılan infrastruktur quruculuğuna verilən qiymət də kifayət qədər yüksəkdir. Beləliklə, dəmir yolu xidmətlərinin səmərəliliyi indeksinə görə Azərbaycan 11-ci, hava yolları xidmətlərinin səmərəliliyi indeksinə görə isə 12-ci yerdə qərarlaşıb. Ölkəmiz avtomobil yollarının keyfiyyəti indeksi üzrə dünyada 24-27-ci yerləri bölüşür. İnklüziv inkişaf indeksi üzrə Azərbaycan üçüncü yerdədir".
A.Hüseynov əlavə edib ki, bəhs olunan hesablama inkişaf etməkdə olan 74 ölkə arasında aparılıb: "Dünya səviyyəsində etiraf olunan bu uğurların arxasında Prezident İlham Əliyevin apardığı düzgün, məqsədyönlü siyasət dayanır. Son 17 ildə Azərbaycan öz siyasətini zamanın dəyişən tələblərinə, meydana çıxan yeni çağırışlara uyğun qurub ki, bu da uğurlarımızı şərtləndirir".
Mİlli.Az
DİGƏR XƏBƏRLƏR
-
Həştərxan vilayətinin qubernatoru Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
-
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib
-
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir - YENİLƏNİR
-
Uillyam Samoei Ruto Prezident İlham Əliyevi təbrik edib
-
Nikuşor Dan Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
-
Alar Karis Prezident İlham Əliyevə məktub göndərib
XƏBƏR LENTİ
-
Yayda bu ayaqqabıları geyinənlər diqqətli olmalıdır
-
Hər gün duş qəbul edənlər bunu mütləq bilməlidir
-
Bir çox qadında bu vacib vitamin çatışmır - Diqqət
-
“Onların nüvə silahı olmayacaq”
-
"Brent" markalı neft ucuzlaşdı
-
Çin dron sürülərini kosmosdan şarj edəcək innovativ sistem hazırlayır - FOTO
-
Məşhur futbolçu Romada evləndi - FOTO
-
Taleh Yüzbəyov depressiyadan bu yolla çıxır
-
Zərdabda dəm qazı faciəsi - Nənə öldü, nəvə...
-
Günün qoroskopu: Partnyorunuzla gizli duyğuları bölüşmək zamanıdır
-
Çinə ən çox borcu olan ölkələr açıqlandı - Rusiya, Türkiyə, İran...
-
Azərbaycanda iki rəis vəzifəsindən azad olundu
-
Klub ÇL-yə vəsiqə qazansa da, baş məşqçini göndərdi
-
“Bundan gözəl nə ola bilər?” - Cavid Qurbanov
-
Leylan Nəsirovaya yüksək vəzifə verildi
-
Azərbaycan polisi asayişin keşiyində: Operativ reaksiya və təhlükəsizlik
-
Türkiyədə zəlzələ oldu
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarı yola düşdü
-
İranda internetlə bağlı mühüm qərar
-
Tbilisi qatarının ilk sərnişinləri arasında Cavid Qurbanov da var - FOTO
-
Həştərxan vilayətinin qubernatoru Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
-
Bəzi şəhər və rayonlarda işıq olmayacaq
-
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib
-
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir - YENİLƏNİR





