"Qarabağın statusu məsələsi tamamilə tarixə qovuşdu" - Politoloq
Moskva toplantısı 10 noyabr bəyanatının daha da möhkəmləndirilməsinə xidmət edən görüş kimi yadda qaldı.
Bunu Milli.Az-a açıqlamasında politoloq Ceyhun Əhmədli deyib.

Politoloq bildirib ki, Moskva görüşü Ermənistanın növbəti məğlubiyyəti kimi yadda qaldı:
"Tərəflər bu bəyanatdan irəli gələn öhdəliklərin tam şəkildə icra olunması barədə razılıqlarını ifadə etdilər. Əlbəttə, bu, xüsusən Azərbaycanın növbəti siyasi qələbəsi, bəyanatın müddəalarına yenidən baxmağı təklif edən Ermənistanın isə növbəti məğlubiyyəti kimi dəyərləndirilməlidir.
Görüşün əsas nəticəsi isə ondan ibarətdir ki, regionda nəqliyyat-kommunikasiya xətləri tezliklə bərpa olunacaq. Bu da o deməkdir ki, Naxçıvanla birbaşa quru dəhlizinin yaranması artıq reallaşmaq ərəfəsindədir. Bundan başqa, Ermənistanın da Azərbaycan vasitəsilə Rusiya və İranla dəmiryol rabitəsi yaradılacaq. Regionun gələcək inkişafı və təhlükəsizliyi baxımından kommunikasiya xətlərinin bərpası çox önəmlidir. Bu proses həm də Ermənistanın gələcəkdə Azərbaycanın ərazi bütövlüyünü tanıması üçün əlavə imkanlar yarada bilər".
C.Əhmədli qeyd edib ki, Paşinyan məyus halda status məsələsinin öz həllini tapmamasından şikayətləndi:
"Ermənistan baş nazirinin şikayətlənməsindən belə çıxdı ki, Azərbaycan tərəfi Xocavənddə diversiya hücumu təşkil edən erməni silahlılarının geri qaytarılmasına razılaşmayıb. Belə də olmalı idi, çünki onlar hərbi əsir yox, terrorçulardır. Azərbaycan dövlətinin bu məsələdə sərt mövqe ortaya qoyması gələcəkdə Qarabağdakı erməniləri analoji təxribatlara əl atmasından çəkindirəcək.

Paşinyan məyus halda status məsələsinin öz həllini tapmamasından şikayətləndi. Ümumiyyətlə, Rusiya və Azərbaycan Prezidentlərinin kifayət qədər nikbin açıqlamalarından belə nəticə çıxır ki, status məsələsi tamamilə tarixə qovuşub. Hesab edirəm ki, Paşinyanın mətbuat konfransında status və hərbi əsirlərlə bağlı məsələni dilə gətirməsi Ermənistanda onu gözləyən təzyiqlərdən yaxa qurtarmaq məqsədi daşıyır. Paşinyan sanki müxalifətə belə bir mesaj çatdırır ki, "mən söz verdiyim kimi hər iki məsələni qaldırdım, lakin arzu etdiyimiz nəticəni ala bilmədik"".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Makedoniya Prezidentini təbrik edib
-
Azərbaycan və Ermənistan sülhə doğru irəlilədikcə, bu film yanıldıcı mənzərə yaradır
-
Sahibə Qafarova Alimlər və Parlamentarilər üçün 4-cü beynəlxalq seminarda çıxış edib - (Foto)
-
İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinə yeni sədr təyin olundu
-
Prezident İlham Əliyev Fəxri Kazımovu vəzifəsindən azad etdi
-
Əziz Səncər “Şöhrət” ordeni ilə təltif edilib - SƏRƏNCAM
XƏBƏR LENTİ
-
Polis gücləndirilmiş iş rejimində xidmət aparır
-
Naxçıvandakı pensiyaçılara şad xəbər
-
PAŞA Real Estate - FORMULA 1 QATAR AIRWAYS AZERBAIJAN GRAND PRIX 2026-nın tərəfdaşı oldu - (Video)
-
Bakıda hər yağışdan sonra eyni mənzərə: Problemin səbəbi nədir?
-
Anar Əsədli barəsində qərar verildi
-
Motoxuliqanlıq edən 30 sürücü saxlanıldı
-
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
-
Leyla Əhmədova həbs edilib
-
"Kəpəz" - "Qəbələ" oyunu 1 dəqiqəlik sükutla başlayacaq
-
İran var gücü ilə özünü müdafiə edəcək
-
Toyda arvadına kilolarla qızıl taxan fenomen həbs edildi
-
6 milyon manatdan çox ƏDV qaytarılıb
-
Ali Məhkəmədən onlayn kreditlərlə bağlı mühüm açıqlama
-
“Qızıl top”u özümə verərdim” - Mbappe
-
Bu ölkələrdə vahid turistik viza rejimi tətbiq olunacaq
-
Macarıstan 10 rus diplomatını ölkədən çıxarır
-
İnarə Mirhəsənova yüksək vəzifəyə təyin edildi
-
1100-dən çox kişiyə ödənişli atalıq məzuniyyəti verildi
-
Əməkdar artist 25 il "cavanlaşdı" - Yeni görünüşü müzakirə yaratdı - (Video)
-
Hər üç nəfərdən ikisi oxuduğunu başa düşmür - Nazir
-
Media və Yayım Şurasına sədr təyin edilib - Sərəncam
-
Gələn il imtahan proqramlarının məzmununda ciddi dəyişiklik olacaq?
-
Merih Demiralın ailəsi dağılır? - Arvadının müzakirə yaradan qərarı...
-
“Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı - (Foto)





