Prezident İlham Əliyev regionda yeni reallıq yaratdı - Moskva görüşünün təfərrüatları
Yanvarın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfərə gəlib.
Milli.Az Trend-ə istinadən bildirir ki, görüş zamanı bir sıra məsələlərin müzakirəsi aparılıb. Azərbaycan və Rusiya Prezidentlərinin, eyni zamanda Ermənistanın baş nazirinin birgə görüşü əslində bir çox mətləblərə aydınlıq gətirmək üçün labüd idi və ona görə də reallaşdı. Görüşün nəticəsi olaraq növbəti bəyanat imzalandı. Bu bəyanatda da Prezident İlham Əliyev yenə də diktə edən tərəfdir və bundan sonrakı mərhələli müzakirə predmeti və ya predmetləri özündə əsasən 10 noyabr sənədində nəzərdə tutulan müddəaların həyata keçirilməsini ehtiva edəcək.
Milli Məclisin deputatı Elşən Musayev Trend-ə açıqlamasında bildirib ki, bəyanatda Azərbaycanın əsas ərazisi ilə Naxcıvanı birləşdirəcək koridorun təmin edilməsi də daxil çox vacib məsələlər, detallar yer alır:
"Azərbaycan Ermənistanla müharibədə açıq üstünlüklə qalib gəlib, öz əzəli torpaqlarını geri qaytarıb. İndi artıq masada başqa şərtlər var və bir daha deyirəm. Həmin şərtləri də məhz Azərbaycan diktə edir. Cənab Prezident də açıq formada bildirib ki, artıq Dağlıq Qarabağ münaqişəsi anlayışı yoxdur, bu anlayış keçmişdə qalıb və biz gələcək haqqında düşünməliyik. Həqiqətən də belədir. Qalib bizik. Regionda əsas söz sahiblərindən biri Azərbaycandır".
Deputat bildirib ki, ən əsas məsələ isə budur ki, məlum üstün durumu, vəziyyəti Azərbaycan öz gücünə yaratdı. Hətta BMT-nin qətnamələrini də özü icra etdi. Nəhayətində isə Ermənistan məğlub oldu, kapitulyasiya aktını imzaladı. Bundan sonrakı bütün proseslərdə və mərhələlərdə də Azərbaycan daim qalib olacaq.
Milli Məclisin deputatı Vüqar İskəndərov isə qeyd edir ki, Moskva görüşü regionda əbədi sülhün əldə edilməsi üçün atılan növbəti uğurlu addımdır:
"Bu baxımdan 2021-ci il yanvarın 10-da Rusiya paytaxtında imzalanan Bəyanat bilavasitə 10 noyabr bəyanatında əksini tapmış məsələlərin həlli üçün konkret addımları müəyyənləşdirir. Daha dəqiq desək, Moskva Bəyanatı 10 noyabr bəyanatında nəzərdə tutulmuş məsələlərin ardıcıllıqla həyata keçirilməsini özündə əks etdirir".
Deputat qeyd edib ki, cənab Prezident İlham Əliyev Moskvada keçirilən üçtərəfli görüşdən sonra mətbuata bəyanatında nəqliyyat kommunikasiyalarının bərpası məsələsinə xüsusi olaraq toxunub. Dövlət başçısı bəyan edib ki, imzalanmış bəyanat bizim niyyətlərimizə dəlalət edir, ona görə ki, hərbi əməliyyatların dayandırılmasının yekunlarına dair bəyanatın bir bəndi nəqliyyat kommunikasiyalarının bərpasına aid idi.
Ümumilikdə bu bəyanat Azərbaycan Prezidentinin regionda yaratdığı yeni reallıqların sənəd üzərində təzahürüdür. Azərbaycan 10 noyabr bəyanatının dəqiqliklə icrasını tələb edir və buna nail oldu. Azərbaycanın diktəsi ilə imzalanan 10 Noyabr bəyanatında nəzərdə tutulmuş məsələlər ardıcıllıqla ica olunur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
"Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
-
Kobaxidze: Gürcüstan-Azərbaycan münasibətlərində heç bir gərginlik yoxdur
-
Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
-
Keçmiş repçi, indiki baş nazir: BMT-də görünüşü ilə müzakirə yaratdı - (Foto)
-
Müctəba Xamenei xəstəxananın dağıntıları altından xilas edilibmiş - İddia
XƏBƏR LENTİ
-
Pul deyil, bunlarla varlanırdılar: Qızıldan baha olan 5 məhsul
-
Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?
-
Xırdalanda sakinlər mənzillərinə çıxarış ala bilmirlər - (Video)
-
Kainatda saysız ulduz var, bəs gecələr səma niyə qaranlıqdır?
-
Günün qoroskopu: Bəzi sağlamlıq problemləri sizi narahat edə bilər
-
Dünyanın ən çox silah ticarəti edən ölkələri açıqlandı
-
Yeni Yasamalda yaşıllığı məhv edib hotel tikirlər? - (Video)
-
21-ci əsrin ən çox izlənilən serialları
-
Gəncədə yol qəzası - xəsarət alanlar var - (Foto)
-
Aleksandar Vuçiç istefa verib
-
Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti arta bilər - (Video)
-
Lamiyyə Ələkbərova bu verilişlə qayıdır
-
27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub - (Foto)
-
Kirayə pulu ödəməmək üçün maşınında yaşayır: Aylıq xərci nə qədərdir? - (Foto/Video)
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
“Bakı, göstərdiyin sevgiyə görə təşəkkürlər” - (Video)
-
Kaşif Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Röya Ayxandan Anım günü ilə bağlı paylaşım - (Video)
-
“Müharibəyə hazırıq, Qiyamət gününədək davam etsə belə...” - Əraqçi
-
Ayxan Abbasov: "Litvaya qarşı yüksək səviyyədə mübarizə apardıq"
-
Ardanın Mbappeyə jesti - (Foto)
-
Niyə daha tez-tez tünd şokolad yeməlisiniz: Beş vacib fayda
-
UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib - Yenilənib
-
UFC-də ilk döyüşünə çıxan azərbaycanlı idmançı diskvalifikasiya olundu - (Video)





