Siyasət

Rusiya Qarabağla bağlı bu səhvini düzəltdi - FOTO

5 Yanvar 2021 23:18
Baxış: 2 408

Bu gün Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında Qarabağın yaşayış məntəqələrində 1100-dən çox sakinə yardım etmiş sülhməramlı hərbi həkimlərin səyyar briqadaları barədə məlumatın başlığında texniki səhvə yol verilib.

Milli.Az BakuPost-a istinadən xəbər verir ki, başlıqda Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinin adı üç hərflə - "NKR" (yəni "dqr") şəklində verilmişdi.

Bir müddətdən sonra texniki səhv düzəldirilib və sülhməramlı həkimlərin Azərbaycan Respublikasının Qarabağ bölgəsindəki sakinlərinə yardım göstərdiyi qeyd olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.