Siyasət

Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə telefonla danışıb

28 Dekabr 2020 20:45
Baxış: 1 002

Bu ilin 28 dekabr tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovla Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən Milli.Az-a bildirilib ki, nazirlər 10 noyabr tarixli üçtərəfli bəyanatın icrasını və bölgədə mövcud olan vəziyyəti müzakirə ediblər.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.