Siyasət

"Azərbaycanlı hərbçilər Əsgəranda gəzirlər" - Ermənilər təlaşda

10 Dekabr 2020 11:02
Baxış: 4 530

Əsgəran rayonundakı ermənilər böyük təlaşdadır.

Əsgəran rayon administrasiyasının "sədr müavini" Armen Manqasaryanın dediyinə görə, azərbaycanlı hərbçilər Əsgərana gəlir, burada rahatlıqla gəzirlər.

Əsgəranın "mer"i Hayk Şamiryan isə İrəvandakı "İravunk" qəzetinə verdiyi açıqlamasında deyib: "Azərbaycanlı hərbçilər Əsgəranın kəndlərindədir. Onlar dükanlara girir, ərzaq alırlar. Onları Xankəndidə də görüblər. Məsələn, o gün Azərbaycan nömrələri olan avtomobillər rusiyalı sülhməramlıların müşayiəti ilə Əsgərandan keçdilər. Məncə, üçtərəfli bəyanatın şərtlərinə əsasən, onlar yolları açırlar".

Əsgəranın 8 kəndi işğaldan azad olunub. Əsgəran şəhərinin yaxınlığında isə hərbçilərimizin postlarıdır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.