Azərbaycan XİN: Ermənistan tərəfinin sərgilədiyi destruktiv mövqe bu ölkəni uçuruma sürükləyib
Ermənistan rəhbərliyindən fərqli olaraq, Azərbaycan Prezidenti imzaladığı hər bir sənədin nəinki indiki mərhələdə, hətta uzaq perspektivdə nəyə xidmət etdiyini çox yaxşı bilir. Bunu dövlət başçımız yalnız sözləri ilə deyil, konkret əməlləri ilə nümayiş etdirir.
Xarici İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, bu barədə Nazirlik Ermənistan xarici işlər naziri Ara Ayvazyanın "Armenpress" agentliyinə verdiyi müsahibəsinə dair şərhində bildirilib.
Nazirlik qeyd edib ki, Ermənistan xarici işlər naziri, xəyal dünyasından nə qədər acı olsa da reallığa dönməlidir.
"Ermənistan tərəfinin uzun illər ərzində sərgilədiyi beynəlxalq hüquqa zidd və destruktiv mövqe bu ölkəni uçuruma sürükləyib. Ermənistan hökuməti son baş verən hadisələrdən nəticə çıxarmalı və bölgədə yaranmış yeni reallıqla barışmalıdır.
Azərbaycan BMT TŞ-nin müvafiq qətnamələrinin icrasını təmin etdi və ərazi bütövlüyünü bərpa etdi. 10 noyabrda Ermənistan hökumət başçısının da imzaladığı birgə bəyanatla bölgədə yeni təhlükəsizlik və əməkdaşlıq formatı yarandı.
Əsir və girovların, cəsədlərin dəyişdirilməsinə gəldikdə isə, Ermənistan xarici işlər nazirinə xatırladırıq ki, məhz Ermənistan tərəfi uzun illər ərzində Azərbaycanın "hamının hamıya" dəyişdirilməsi təşəbbüsünə qarşılıq vermirdi. İndi bu prinsipin Ermənistan tərəfindən qəbul edilməsi elə dəyişən reallığın bir hissəsidir. Azərbaycan isə hər zaman beynəlxalq humanitar hüquq prinsiplərinə ciddi riayət edib, humanizm prinsiplərindən çıxış edərək, hətta hərbi əməliyyatlar davam edən zaman birtərəfli qaydada erməni əsirlərini və cəsədləri qarşı tərəfə təhvil verib.
Ermənistan tərəfinin 10 noyabr tarixli birgə bəyanatı yozmaq əvəzinə bu razılaşmadan irəli gələn məsələləri yerinə yetirməsi bölgədə uzun illərdir gözlənilən sülhün yaranmasına xidmət edəcəkdir
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Si Cinpini təbrik edib
-
Prezident İlham Əliyev: Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir
-
Prezident İlham Əliyev: Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir
-
Prezident İlham Əliyev: AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir
-
Prezident İlham Əliyev: AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır
-
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb
XƏBƏR LENTİ
-
Quba almasının qiyməti kəskin ucuzlaşdı
-
Məktəbdə dərs bölgüsü üstündə dava: Müəllim xəstəxanalıq oldu - (Yenilənib)
-
Azərbaycanda ezamiyyət qaydası dəyişdi - Yeni qərar
-
Leyla Quliyeva bu verilişi aparacaq
-
Tərtərdə “Mercedes” mikroavtobusa çırpıldı - Xəsarət alanlar var
-
Dönərxanalar üçün toyuq əti hazırlanan qanunsuz sex bağlandı
-
"Mançester"in çempionluq titulları ləğv olunur: Premyer Liqadan aşağı liqaya
-
Argentina Boliviyanı darmadağın etdi
-
Oktyabrda 9 gün iş olmayacaq - Tarixlər
-
Bağçada işləmək istəyənlərə şad xəbər
-
Prezident İlham Əliyev Si Cinpini təbrik edib
-
Spotify və TikTok Azərbaycanda vergi uçotuna alındı
-
Sərxoş sərnişin təyyarəni bir-birinə qatdı: Stüardessanı dişlədi
-
Rusiya dünyaya meydan oxudu: Nüvə bombasının görüntüləri yayımlandı - (Video)
-
Türkiyədə bələdiyyə sədri saxlanıldı
-
20 Yanvar və Moskva prospektində “manatlıq taksi”lərə qadağa - Səbəb açıqlandı
-
Beynəlxalq axtarışda olan şəxs Polşadan Azərbaycana gətirildi
-
Kürdəmir “Günəş” şadlıq sarayındakı hadisə ilə bağlı yeni açıqlama
-
Oktyabrın 2-dən bu yollarda elektron tərəzilər işləyəcək
-
21 yaşlı Ayselin ölümündə təqsirləndirilən həkimə hökm verildi
-
Pul yığıram, bəs sonra? - İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar
-
Burcu Esmersoy dəyişib belə oldu - (Video)
-
Prezident İlham Əliyev: Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir
-
Prezident İlham Əliyev: Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir





