Türkiyə Rusiya ilə Qarabağda əsas nəyi razılaşdırmaq istəyir? - TƏHLİL
"Türkiyənin qanunvericiliyi digər ölkə ərazisində silahlı qüvvələrin istifadəsi üçün mütləq parlament (TBMM) dinləmələri və parlament səviyyəsində qərarların qəbul edilməsini tələb edir. Türkiyə Sİlahlı Qüvvələrinin Qarabağa gəlməsində birinci ləngimə bununla əlaqəli oldu. İlk öncə bu qərar qəbul edilməli idi ki, Silahlı Qüvvələrin burada yerləşməsi legitim əsaslara malik olsun".
Bunu Milli.Az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
Ekspert bildirib ki, Türkiyə rusların sülhməramlı funksiya yerinə yetirdiyi ərazilərdə özünün müşahidə postlarını qurmaq istəyir:
"Bu qərar qəbul edildikdən sonra Türkiyə ilə Rusiya arasında bir müddət davam edən məsləhətləşmələr keçirildi. Məsləhətləşmələrin mövzusu nə idi? Rusiya təbii ki, Qarabağda digər bir ölkənin silahlı qüvvələrinin olmasını istəmir. Yəni, Rusiya Türkiyənin sülhməramlılara nəzarət funksiyasından kənara çıxmasını istəmir. Amma eyni zamanda Azərbaycan da Türkiyənin bu fəaliyyətlərini dəstəkləyir. Prezident İlham Əliyev də çıxışlarında bildirib ki, bizim prioritetlərimiz Türkiyənin daim bu ərazidə olmasından ötrüdür. Biz bunu əvvəl də demişik ki, Türkiyə həm sahada, həm masada olacaq.
Türkiyə Qarabağda baş verənləri öz gözü ilə görmək istəyir
Türkiyənin Qarabağda Silahlı Qüvvələrinin yerləşdirilməsi məsələsinin Rusiya ilə razılaşdırılmada uzun çəkməsinin indi əsas bir səbəbi var. Buna Türkiyənin tələbi də demək olar. Tələb bundan ibarətdir ki, Türkiyə rusların sülhməramlı funksiya yerinə yetirdiyi ərazilərdə özünün müşahidə postlarını qurmaq istəyir. Həm də həmin ərazilərdə Rusiya ilə birgə Suriyada olduğu kimi patrul xidmətinin təşkilini həyata keçirməyi planlaşdırır. Ona görə də, bu məsələlərdə bir qədər ləngimələr var. Mən Türkiyə rəsmilərinin verdikləri bəyanatlardan, hərbi ekspertlərinin fikirlərindən bu qənaətə gəlirəm. Amma ümumilikdə Rusiya ilə Türkiyənin Müdafiə nazirləri arasında bu sənədlər imzalandı. Buna baxmayaraq, razılaşmanın detalları mətbuatda dərc edilməyib. Ona görə də, buna qısa, net, birmənalı şəkildə qiymət vermək bir az çətindir.
Son sözü Azərbaycan deyəcək
Düşünürəm ki, Türkiyə hərbiçilərinin Qarabağa gəlməyə ləngiməsinə səbəb bu müşahidə postları və birgə patrul xidməti ilə əlaqədardır. Türkiyə birbaşa əraziyə daxil olmaq istəyir, baş verənləri öz gözü ilə görmək istəyir. Burada da ev sahibi Azərbaycandır və son sözü Azərbaycan deyəcək: mənim ərazimdə Türkiyə harada olsun! Rusiya bunu müəyyənləşdirmək ixtiyarına malik deyil.
Dekabrın 1-dən sonra (10 noyabr sənədlərinə əsasən Ağdam və Kəlbəcərin ardınca Laçın Azərbaycana təhvil veriləcək) bəlli bir dəyişikliklər gözlənilir".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
-
Meksika Azərbaycanla investisiya və ticarət əlaqələrini genişləndirmək istəyir – Səfir
-
ABŞ səfirliyi terrorizmlə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edib
-
İzləmə və kiberhücumlar daha əlçatan olur: süni intellekt hansı rolu oynayır ?- Anthropic hesabatının TƏHLİLİ
-
Azərbaycan üçün Ermənistanla münaqişə başa çatıb - Hikmət Hacıyev
-
Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır - Hikmət Hacıyev
XƏBƏR LENTİ
-
Ağdamda qadın həşərat əleyhinə dərmandan zəhərləndi
-
Azərbaycanda nadir hadisə: Döl uşaqlıq əvəzinə qaraciyərdə inkişaf edib - (Video)
-
Xarici diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunda olublar - (Yenilənib)
-
Faiq Mirzəyev oğluna toy etdi - (Video/Foto)
-
Avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs olundu
-
İtkin düşən 8 nəfər tapıldı
-
Mahir Emrelinin paltardəyişmə otağında çılğın qələbə sevinci - (Video)
-
Türkiyəli aktrisa “Sənə də qalmaz” oxudu - (Video)
-
İranda SEPAH ilə silahlı qrup arasında toqquşma: Ölənlər var
-
Rusiya ordusu Donetskdə yaşayış məntəqəsinə nəzarəti ələ keçirib
-
Birinci sinfə elektron qəbul yenidən aktivləşir
-
Ötən gün 9 odlu silah aşkarlanıb
-
İtaliyalı müdafiəçi "Barselona"ya keçə bilər
-
Çilidə qocalar evində yanğın: Ölənlər var
-
Azərbaycan futbolunda yayın ən bahalı transferləri
-
İranın Türkiyə və İraqa uçuşlarında problem olması təkzib edilib
-
Zelenski G20 sammitində Putinlə görüşməyə hazır olduğunu deyib
-
Şirvanda mağazadan oğurluq edildi - (Video)
-
Ayın 13-də 33 dərəcə isti olacaq - Proqnoz
-
Hər evdə var, amma bu təsirini çoxları bilmir
-
"Qalatasaray" üç futbolçusu ilə yollarını ayıracaq
-
Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri ilə birlikdə alban kilsələrini ziyarət edib
-
Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər
-
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb





