Siyasət

Paris qondarma "Dağlıq Qarabağ respublikası"nı tanımır - XİN

27 Noyabr 2020 00:02
Baxış: 2 749

Rəsmi Paris qondarma "Dağlıq Qarabağ respublikası"nı tanımır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda bildirilir: "Noyabrın 25-i Senat Fransa hakimiyyətini qondarma "Dağlıq Qarabağ respublikası"nı tanımasına çağırış edən qətnamə qəbul edib. Səsvermədən əvvəl debatlar zamanı Xarici İşlər Nazirliyi yanında Dövlət Katibi Jan-Baptist Lemuan Fransa hökumətinin bu mövzuda mövqeyini xatırladıb. Fransa qondarma "Dağlıq Qarabağ respublikası"nı tanımır".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.