Siyasət

Fransanın mövqeyi dəyişməyib, qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımırıq - Səfir

26 Noyabr 2020 12:34
Baxış: 2 823

Fransanın Dağlıq Qarabağla bağlı mövqeyi dəyişməyib, ölkə qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımır.

Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında Fransanın Azərbaycandakı səfiri Zaxari Qross deyib.

Səfir bildirib ki, Senatın qərarı icbari hesab olunmur:

"Yalnız tərəflər arasında dialoq münaqişəni həll edə bilər. Fransa hökumətinin mövqeyi dəyişmədiyinə görə bu məsələnin Fransa-Azərbaycan münasibətlərinə təsir etməsinə səbəb görmürəm. Bu məntiqsiz olardı".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.