Siyasət

Fransa XİN: Senatın qərarı Fransa hökumətinin siyasətini əks etdirmir

26 Noyabr 2020 09:15
Baxış: 1 067

Rəsmi Paris qondarma rejimi tanısa belə, bu, heç kimə fayda gətirməyəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Fransanın Xarici İşlər Nazirliyinin dövlət katibi Jan Batist Lemuan ölkə Senatının qondarma "Dağlıq Qarabağ respublikasının" tanınmasına dair qətnamə layihəsinin qəbuluna münasibət bildirərkən deyib.

O, qeyd edib ki, Fransa tərəfindən birtərəfli tanınma nə Ermənistan, Qarabağ əhalisi, Fransa, Minsk qrupunun başqa həmsədrləri, nə də Avropa üçün faydalı olardı.

Fransa XİN rəsmisinin sözlərinə görə, bu addım Fransa hökumətinin, rəsmi Parisin başqa tərəfdaşlarının siyasətini əks etdirmir:

"Hökumətin məsuliyyəti sual verməkdən ibarətdir: belə bir jest faydalı və təsirli olardımı?".

Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.