“O, məni həyata qaytardı” - General Hikmət Həsənov - VİDEO
Suqovuşanda minaya düşərək şəhid olan polkovnik Babək Səmidlinin dəfnində 1-ci Ordu korpusunun komandiri, general-mayor Hikmət Həsənov da iştirak edib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, H.Həsənov şəhidin məzarı başında nitq söyləyib.
O deyib ki, Babək Səmidli haqqında danışmaq üçün ona günlərlə vaxt lazım olar: "Babək bir əsgər kimi dövlətini, millətini, bayrağını sevən, Ali Baş Komandanına sədaqətli zabit idi. Bir dost kimi ləyaqətli, gözəl bir sirdaş, yaxın bir silahdaş idi. Həm 2016-cı ilin aprel döyüşlərində, həm də bu müharibədə bizimlə çiyin-çiyinə idi. Həmişə bir söz deyərdik, biz birincisi Allah üçün, dövlət üçün, millət üçün, Ali Baş Komandanımız üçün, ləkələnmiş namusumuzu təmizləmək üçün, sındırılmış qürurumuzu yüksəltmək üçün bu savaşa giririk və bu yoldan da geri addım yoxdur. Uca Rəbbimə şükürlər olsun ki, bu zəfəri bizə nəsib etdi. Bu zəfərin sayəsində artıq biz məğlub ordu deyilik, artıq biz məğlub, qüruru ləkələnmiş bir millət deyilik. Bunların hamısı burada şəhid yatan qardaşlarımın, Babək başda olmaqla, bu savaşlarda canını, qanını dövlət və milləti üçün fəda edən qardaşlarımızın sayəsindədir. Onlar ölməyiblər, onlar Allah qatında diridirlər. Onlar daim bizim qəlbimizdə, daim Allahın ən gözəl guşəsindədirlər.
Mən Babəkin atası Mətləb əmiyə bir söz demək istəyirəm, nə xoşbəxtsən ki, belə bir oğul böyütdün və Uca Rəbbim onu ən gözəl, ən yüksək məqamına aldı. Babəkin gül balalarının gözlərindən öpürəm. Ataları kimi qürurlu, qəhrəman, bu dövlətə, bu millətə, bayrağımıza və dinimizə sədaqətlə xidmət edəcəklərinə əminən və buna inanıram. Qardaşım Babəkə də bütün ordu korpusunun adından Allah rəhmət etsin deyirik. Mən komandir olduğum müddətdə bütün savaşlara Babəklə bir yerdə girdik. Ən çətin yerlərdə, ən çətin anlarda dayağım oldu. Hətta döyüşün gedişatında elə bir məqam oldu ki, o məni həyata qaytardı, zamanında xəstəxanaya çatdırdı. Həmişə buna görə də ona sağol deyirdim".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Birliyin gücü-2026” təlimləri başa çatdı
-
Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək
-
Prezident İlham Əliyev: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
-
Prezident İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib
-
Prezident İlham Əliyev: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik
-
Prezident İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq
XƏBƏR LENTİ
-
“Bakı Biznes Mərkəzi” MMC-nin direktoru xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısından çıxarılıb
-
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edilib
-
Prezident İlham Əliyevin sosial media hesablarında Yeni Azərbaycan Partiyasının VIII Qurultayında iştirakına dair videoçarx paylaşılıb - (Video)
-
Sumqayıtda məktəbdə zəhərlənən şagirdlərin sayı 21-ə çatdı - (Yenilənib)
-
Bu yolda hərəkət qaydası dəyişdi - Sürücülərə xəbərdarlıq
-
Kənd Təsərrüfatı naziri kombaynla pambıq yığdı - (Video)
-
Rusiyada azərbaycanlı sərnişinin çantasından kabab çıxdı, yandırdılar
-
2027-də maaşlar nə qədər artacaq?
-
Ağdamda 15 yaşlı qız qaçırıldı
-
Netanyahudan “Flydubai” insidenti ilə bağlı açıqlama
-
“Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib
-
Bakıda kişi binanın dəhlizində faciəvi şəkildə öldü
-
"Turan Tovuz" - "Fənərbağça" oyununa 25 minə yaxın bilet satılıb
-
Bakıda kişi pilləkənlərdən yıxılıb öldü
-
"Forsaj" serial olacaq
-
Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq
-
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
-
Türkiyədə 11 şəhərə “sarı” xəbərdarlıq edildi
-
Məktəbdə şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı yayıldı - DİN-dən reaksiya
-
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
-
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
-
Uşağı xaricə aparmaq istəyən valideynlər bunu bilməlidir
-
Prezident İlham Əliyev: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq
-
Putin əmr edib ki, məktəblər də vurulsun - Zelenski





