Siyasət

Azərbaycan Seyran Ohanyanı beynəlxalq axtarışa verib

23 Noyabr 2020 13:53
Baxış: 1 901

Azərbaycan tərəfi Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan barəsində axtarış elan edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, təqsirlndirilən şəxs barəsində Azərbaycan Cinayət Məcəlləsinin 103-cü (soyqırım) maddəsi ilə cinayət işi başlanıb.

Bakı Hərbi Məhkəməsində hakim Elbəyi Allahverdiyevin icraatında təqdimata baxılıb və təmin edilib. Məhkəmənin qərarı ilə S.Ohanyan barəsində qiyabi həbs-qətimkan tədbiri seçilib. Onun saxlanılması üçün barəsində beynəlxalq axtarış elan edilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.