Siyasət

Ermənilər bundan sonra nə edəcək? - TƏHLİL

20 Noyabr 2020 16:39
Baxış: 6 302

Qarabağ idefiksini əsrlər boyu yaşatmağa çalışan və "Böyük Ermənistan" xülyası ilə öz beyinlərini zəhərləyib şüurlarını şikəst edən ermənilər indi dərin matəm, ağrı, acı və pərişanlıq içindədir.

İkinci Qarabağ savaşının hərbi əməliyyatları başa çatıb. Ermənilər 28 ildən bəri işğalda saxladıqları ərazilərimizi tərk edirlər. Öz xoşlarına, könüllü yox - məğlub olduqlarına, kapitulyasiya anlaşmasını imzaladıqlarına görə.

Tərk etdikləri ərazilərdə evləri, məktəbləri, dükanları yandırır, ağacları qırıb aparırlar. Həşərat kimi doluşduqları torpaqlarımızdan elə həşərat kimi davranıb çıxırlar.

Yanan, alovlanıb kül olan sadəcə, binalar deyil - "Böyük Ermənistan" xülyasıdır.

Qırılan, dibindən kəsilib doğranan ağaclar isə sanki ermənilərin "Artsax" ideologeminin tarixi ədalətin kürsüsündəki edamıdır.

Ağır, bəşəriyyətə qarşı işlənmiş cinayət indi Qarabağda edam olunur.

Ermənistanla bahəm, bütün dünya erməniliyi indi ağrılarda qıvrılır, məğlubiyyətin kədərin yaşayırlar. Ən başlıcası isə İkinci Qarabağ müharibəsində məğlub olmalarının səbəblərini arayırlar.

Haylar bu məsələdə iki düşərgəyə parçalanıblar.

Birinci düşərgə hesab edir ki, Qarabağ savaşındakı məğlubiyyətin səbəbləri siyasi müstəvidədir: ya Ermənistan qarabağlı erməniləri satıb, ya Rusiya Ermənstanı satıb, ya da hamısı bir yerdədir.

İkinci düşərgə isə hesab edir ki, heç bir xəyanət olmayıb, Ermənistanın Silahlı Qüvvələri döyüşlərdə Azərbaycanın Milli Ordusu ilə bacara bilmədi, texniki təminat və döyüş hazırlığı səviyyəsi baxımından çox geri olduğu üçün uduzdu.

Reallıq isə budur ki, məğlubiyyətin səbəbi həm siyasi, həm də hərbi müstəvidədir.

Ermənistanın "ordu" adlandırdığı silahlı birləşmələrindəki problemləri görmək üçün hərbi ekspert olmağa lüzum da yoxdur.

Ermənilərin əsas problemi o idi ki, rəsmi İrəvan 1992-ci ildəki hərbi əməliyyatların təkrarına hazırlaşırdı. Son 28 ildə dünya hərb elmində baş vermiş təmmayüllərin heç biri nəzərə alınmamışdı.

Ermənilər sürəkli olaraq "Ermənistanda PUA istehsal ediləcək" desələr də, son 10 il ərzində bu sahədə faktiki olaraq, heç nə etmədilər. Onların hətta kiçik kamikadze dronları, yaxud da Yaxın Şərqdəki terrorçuların istifadə etdikləri, 60 və 82 mm çaplı minaları aşağı atan kvadrokopterləri belə, yox idi.

Ermənistanın Müdafiə Nazirliyi "Krunk" adlı PUA istehsal olunduğunu desə də, bu kəşfiyyat və müşahidə PUA-sından düşmən yararlana bilmədi.

Şübhə yox ki, erməni generallar PUA-ları bahalı, amma faydası çox az oyuncaq sayıblar.

Ermənilərin digər problemi onların yeni hərbi təcrübəni qəbul etməyə can atmamaları idi. Düşmən ordusundakı zabitlər hələ də sovet dövründən qalma taktika və strategiya ilə döyüşdülər.

Üçüncü problem Ermənistan ordusundakı total intizamsızlıq, başıpozuqluq və bu problemləri həll etmək niyyətində olmayan komandanlıq idi. Hərbi hissələrdə erməni zabitlər şəxsi heyəti kriminal aləm qanunları ilə idarə edirdilər. Savaşdan əvvəlki dönəmlərdə bu, ermənilərin işinə yarayırdı. Lakin savaş günlərində belə başıpozuq kollektiv təbii ki, normal döyüşə bilmədi.

Erməni zabitlərə və əsgərlərə kimsə "Biz niyə orduda xidmət edirik?" sualının cavabını izah etmirdi. Haylar sadəcə, sözün ən pis mənasında, "işləyir" və maaş alırdılar.

Məhz bu səbəbdən də düşmən ordusunun zabitləri və əsgərləri arasında təşəbbüskarlıq yox idi. Ətalət və geriləmə bataqlığındakı bu "ordu" Qarabağ müharibəsində sadəcə, savaşın ilk günü mövqelərimizə hücum etmişdi. Sonra isə ermənilər ən yaxşı halda əks-hücumla kifayətlənməli oldular.

Mühəndis-istehkam qurğularına gəldikdə isə, Qarabağın erməni işğalındakı rayonlarında son 28 il ərzində təxminən 1,2 milyard dollar məhz bu "qazıntı-bərkitmə" işlərinə xərclənmişdi. Ağdam, Füzuli, Hadrut, Cəbrayıl, Qubadlı rayonları sanki bitmək bilməyən istehkamlar, kaponirlər, blindajlar məkanı idi.

Düşmən "Ohanyan xətti" adlı müdafiə sistemini qurduğunu, onun alınmaz olduğunu qürurla bəyan edirdi.

Lakin əsgərlərimiz bu xətti darmadağın etdilər, istehkamları əzib keçdilər.

Və ən nəhayət, Ermənistan ordusundakı hərbi geyim bəlkə də postsovet məkanındakı ölkələrin silahlı qüvvələrinin formaları arasında ən keyfiyyətsizi, pisidir.

Zirehli jiletlər, dəbilqələr, gecəgörmə cihazları ilə təminatdansa danışmağa belə dəyməz. Dünyanın müxtəlif ölkələrində yaşayan ermənilər kampaniyalar keçirərək pul yığır, sadlalanan nəsnələri alıb "şanlı erməni ordusu"na yollayırdılar.

Düşmənin Qarabağ savaşında məğlubiyyətinin siyasi aspektlərinə gəldikdə isə, Ermənistan bütün cəhdlərinə rəğmən, diplomatiya müstəvisində heç bir istəyinə nail ola bilmədi.

Fransanın ermənilərdən artıq ermənilik etməsi və ya Rusiyanın haylara ürək-dirək verməsi şərt deyil.

Şərt dünya birliyinin Ermənistanı işğalçı dövlət qismində tanıması idi.

Ermənistandakı siyasətçilər arasında artıq reallıq hissi formalaşmağa başlayır. Onlar anlayırlar ki, Qarabağ problemi əslində ölkənin inkişafını ləngidir, İrəvanı səfil gündə yaşamağa vadar edir.

Ermənilərin əslində çox ciddi və böyük ekzistensial problemləri var.

Düşmən Dağlıq Qarabağ münaqişəsinin çözülməsi sahəsində iki taktikaya əl atmışdı.

2017-ci ilədək İrəvanın tətbiq etdiyi taktika danışıqlar prosesində iştirakı, işğalda olan rayonlardan bəzilərinin verilməsini, bunula yanaşı, "Qarabağın statusu" ilə bağlı fasiləsiz müzakirələri ehtiva edirdi.

Bu taktika çərçivəsində ermənilər Dağlıq Qarabağı ya Ermənistanın bir hissəsi, ya da "müstəqil dövlət" kimi görürdülər.

3 il əvvəl başlanmış yeni taktika isə danışıqlar prosesinin mümkün qədər uzadlılmasını, işğalda olan ərazilərə həmin zamanlarda ən müxtəlif ölkələrdən ermənilərin gətirilib məskunlaşdırılmasını, müdafiə infrastrukturunun gücləndirlməsini və yerli özünümüdafiə dəstələrinin sayının artırılmasını nəzərdə tuturdu.

Ermənistan həmçinin, dünyanın aparıcı dövlətlərinin qarabağlı ermənilərin "müstəqillik"lərinin tanıyacağına, Azərbaycanın hərbi əməliyyatlara başlamasına isə Rusiyanın imkan verməyəcəyinə inanırdılar.

Hər şey ermənilər üçün fiasko ilə bitdi.

Dağlıq Qarabağ faktiki olaraq mövcudluğuna son qoyub, Ermənistan kapitulyasaiya anlaşmasını imzalayıb.

Ermənilərin nalələrinə və qəzəblərinə isə fikir verməyə dəyməz. Onlar Qarabağı unudacaqlar.

Çünki indiyədək ümumerməni gündəmində Qarabağ olmayıb.

Ermənistan vətəndaşlarının tam əkasəriyyəti üçün "erməni dünyası" onların yaşadıqları kənd, qəsəbə və təbii ki, İrəvandır.

Orta statistik erməni kəndl üçünsə qonşudan olan erməniyə nifrət etmək adi məsələdir.

Ermənilərin tam əksəriyyəti üçün Dağlıq Qarabağ "ermənilərin yaşadığı Ermənistan ərazisi" yox, "qarabağlı ermənilərin yaşadıqları Qarabağ"dır.

Dağlıq Qarabağın Ermənistana inteqrasiyası da heç zaman dünya erməniliyinin qarşısına qoyduğu əsas məsələ olmayıb. Bu səbəbdən Qarabağ savaşında məğlubiyyət Ermənistanın orta statistik vətəndaşı üçün ümummilli faciə deyil.

Ermənilər məruz qaldıqları zərbənin miqyasını hələ də dərk etməyiblər.

Ermənistan isə sosial institutları tamamən deqradasiya etmiş, infrastrukturu bərbad, təhsil sistemi zəlil, silahlı qüvvələri zəif olan klassik üçüncü dünya ölkəsidir.

Ermənistanda indi küçələrə çıxan insanların sayı da göstərir ki, ermənilər tam əksəriyyətinə Qarabağ gərək deyil və onlar heç nəyi dəyişmək, normal cəmiyyətə çevrilmək, Cənubi Qafqazda bütün qonşularının nifrət etdiyi dövlətin vətəndaşları olmaqdan qurtulmaq fikrində deyillər.

... İtkinin ağrısını psixoloqlar bir neçə mərhələyə bölürlər:

1. İnkar

2. Qəzəb

3. Alver

4. Depressiya

5. Qəbul.

Ermənistan Qarabağ savaşında məğlubiyyətdən sonra "İnkar" mərhələsində "ola bilməz, mümkün deyil" hayqırtıları ilə sakitləşməyə çalışdı.

Sonrakı "Qəzəb" mərhələsi davam edir: Paşinyanın istefası tələb olunur.

"Alver" məhrhələsində Ermənistan Qarabağla bağlı danışıqlarda nə isə əldə etməyə çalışacaq.

"Depressiya" mərhələsi danışıqlarda heç nə əldə edə bilməyən Ermənistanın təlaşı, "Qəbul" isə sonuclarla razılıq olacaq.

Sonda sadəcə, xatırladım: sistemi və dövləti səhv yox, səhvə reaksiya səciyyələndirir.

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.