"Xankəndidə, Xocalıda bütün məsələlərin başında Azərbaycan duracaq" - Polkovnik
"Təkcə rus sülhməramlıları olmayacaq, onlarla yanaşı bizim türk qardaşlarımız da Azərbaycana gəlirlər".
Bunu Milli.Az-a açıqlamasında ehtiyyatda olan polkovnik Nazim Əhmədov deyib.
Polkovnik bildirib ki, Rusiya sülhməramlılarının işğaldan azad edilən ərazilərimizə gəlməsində bizim üçün təhlükəli heç bir məqam yoxdur:
"Rusiya sülhməramlıları 5 illik gəliblər. Bu müddətin bitməsinə 6 ay qalmış (xidmətin 4 il 6 ayında) nəsə problem, narazılıq olsa, biz onların müqaviləsinə qol çəkməşək Azərbaycanı qeyd-şərtsiz tərk etməlidirlər. Onların da əsas məqsədi ondan ibarətdir ki, işğaldan azad edilən ərazilərdə yaşayacaq vətəndaşlar qayıdandan sonra ermənilərlə azərbaycanlılar arasında qarşıdurma baş verməsin, təxribat törədilməsin. Həm də Ağdamda olduğu kimi Kəlbəcər və Laçın rayonlarının da Azərbaycana təhvil verilməsində rus sülhməramlılarının böyük rolu olacaq. Onlar yerdə qalan ərazilərimizi də bizə təhvil verəcəklər.
Türk qardaşlarımız yanımızdadır
Biz o əraziləri müharibə yolu ilə azad etsəydik, yenə itkilər verəcəkdik. Onu da bilirik ki, müharibə itkisiz olmur, yaralı da olur, şəhidimiz də olacaqdı və s. Bunların da qarşısının alınması üçün sülhməramlılar gətirildi. Burada bizim üçün təhlükəli heç bir məqam yoxdur. Yenə deyirəm, əgər hansısa bir problem yaranarsa, birincisi bizim türk qardaşlarımız yanımızdadır, bütün bu proseslərə nəzarət edəcəklər və ikincisi də müqavilədə 5 il göstərilib, bitmə vaxtına 6 ay qalmış etirazımızı bildirəcəyik ki, siz bu əraziləri tərk etməlisiniz.
Məqam gələndə biz rus sülhməramlılarına deyəcəyik ki...
Bildiyiniz kimi, Türkiyə Böyük Millət Məclisi Azərbaycana hərbi qüvvələr göndərilməsi ilə bağlı qanun layihəsini təsdiqlədi və o qanunda türk hərbiçilərinin 1 illik gəldiyi göstərilib. Lakin hər ilin sonunda bu müqavilə yenə 1 illik artırıla bilər. Bunun üçün də heç bir maneçilik, problem yoxdur. İstər-istəməz türk qardaşlarımızın hər il bu müqavilənin müddəti uzadılaraq daha bir il, sonra yenə bir il və s. qalacaqlar. Məqam gələndə biz rus sülhməramlılarına deyəcəyik ki, "Sizlə müqaviləni dayandırırıq, sizə yaxşı yol, köməklik etdiyiniz üçün çox sağ olun, gedə bilərsiniz. Türk qardaşlarımız bizimlə birgə bölgəyə nəzarət edəcək". Burada insanlarımızı narahat edəcək heç bir problemli məqam yoxdur. Başa düşürəm ki, camaat arasında ruslarla bağlı hansısa bir narahatlıq var, amma buna heç bir əsas yoxdur.
Narahatlığa heç bir əsas görmürəm
Bu müddət ərzində də o ərazilərdə öz əhalimizi yerləşdirəcəyik, onlar orada yaşayacaqlar. Xankəndinin, Xocalının güc strukturları, dövlət qurumları hamısı rəsmi Bakı tərəfindən təyin olunacaq. Bütün məsələlərin başında Azərbaycan duracaq, Azərbaycanın bayrağı orada dalğalanacaq, Azərbaycanın manatı və əsas da Azərbaycanın şəxsiyyət vəsiqələrini daşıyacaqlar. Azərbaycan vətəndaşlığını qəbul edən sabitlik şəraitində yaşayacaq, yoxsa yaxşı yol, gedə bilərlər. Ona görə də narahatlığa heç bir əsas görmürəm".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Polşa Orta Dəhlizdən qazanmaq istəyir, lakin "həm nala, həm də mıxa" vurmaq alınmayacaq
-
Azərbaycanla Ermənistan arasında davamlı sülhün bərqərar olmasını arzulayırıq - Ərdoğan
-
Tramp BMT Baş Assambleyasında Prezident İlham Əliyevdən sitat gətirib
-
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının Ümumi Debatının açılışında iştirak edib - (Foto)
-
Azərbaycan Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”ni tanımır - XİN
-
Azərbaycan Prezidenti: Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır - (Tam çıxış)
XƏBƏR LENTİ
-
“Kuba tamamilə iflas etmiş bir dövlətdir” - Tramp
-
Günün qoroskopu: Səbrinizi sınayacaq bir vəziyyətlə qarşılaşa bilərsiniz
-
Polşa Orta Dəhlizdən qazanmaq istəyir, lakin "həm nala, həm də mıxa" vurmaq alınmayacaq
-
Bakıda xəstəxana pasiyentlərin yeməyini kəsir? - (Video)
-
Tovuza dolu düşüb - (Video)
-
Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Elnarə Əliyeva vəfat etdi - (Foto)
-
İrandakı səfirliyimizdən ölkəyə qayıtmaq istəyənlərə - Bildiriş
-
Yasamal və Babəkdə işıq olmayacaq - Yenilənib
-
Zelenski və Tramp Nyu-Yorkda görüşüb
-
Bakı qlobal təhlükəsizlik gündəminin mərkəzində: 100-dən artıq ölkə bir araya gəldi
-
“Sabah”ın gənc azarkeşi vəfat etdi - (Foto)
-
Oğuz və Şəkidə tikilən su anbarı: Torpaq sahələri üçün 471 min manatdan çox ödəniş nəzərdə tutulur
-
İsmət Cəfərova yüksək vəzifə verildi
-
Qazax Rayon Psixiatriya Xəstəxanasında yanğın - 44 xəstə təxliyə edildi - (Foto)
-
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
-
Tarixdə ilk: İnsanla robot arasında döyüş keçirildi - (Video)
-
Meymun tanınmış yazıçının həyat yoldaşını öldürdü - anbaan (Video)
-
Azərbaycanla Ermənistan arasında davamlı sülhün bərqərar olmasını arzulayırıq - Ərdoğan
-
Dambrauskas bölgələrimizə heyran qaldı - (Foto)
-
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
-
“Kızılcık şerbeti”ndə yeni sima - (Foto)
-
İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırılıb - Yenilənib
-
Bakıdakı universitetlərdə dərslər distant olacaq





