Möhtəşəm zəfərlər tarixdə rəmzləri ilə yaşayır - Əli Əhmədov
Qarabağın 30 il davam edən erməni işğalından azad olunması Azərbaycan xalqının çoxəsrlik tarixinin ən möhtəşəm hadisələri sırasında layiqli yer tutur. Xalqların və dövlətlərin həyatında xüsusilə mühüm əhəmiyyət kəsb edən möhtəşəm qələbələrin şərəfinə abidələrin yaradılması ənənəsi qədim dövrlərə gedib çıxır. Tarixdə mövcud olmuş və müasir dövlətlərin hər birinin qazandığı uğurlar və hərbi zəfərlər onların şərəfinə inşa edilmiş möhtəşəm abidələrdə yaşayır. Eləcə də Qarabağın azad edilməsi uğrunda müharibədə qazanılan şanlı hərbi zəfər müasir və gələcək tariximizin şərəf səhifəsi kimi yaddaşlarda və möhtəşəm xatirə abidələrində əbədi yaşayacaq. Düşünürəm ki, çox yaxın zamanlarda Bakıda gözəl Qələbə parkı salınacaq, möhtəşəm zəfər obeliski (yaxud zəfər tağı) inşa ediləcək, ən böyük və abad küçələrdən biri Qələbə xiyabanı adlandırılacaq. Ordumuzun və xalqımızın möhtəşəm zəfərinin böyük tarixi əhəmiyyətini vurğulayan və paytaxtımızın yeni, onun gözəlliyini daha da artıran rəmzləri meydana gəlmiş olacaqdır. Möhtəşəm Qələbənin tarixi dəyərinin əks etdirilməsi məqsədilə qızıl xatirə sikkələrinin buraxılması da güman edirəm ki, diqqətdən kənarda qalmayacaq.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bildirib.
Əli Əhmədov qeyd edib ki, böyük tarixi şəxsiyyət zirvəsinə yüksələn lider olmadan xalqın həyatını zənginləşdirən möhtəşəm hadisələri və qələbələri təsəvvür etmək mümkün deyil. Ölkəsinin taleyində müstəsna rol oynamış, xalqına xüsusilə böyük qələbələr bəxş etmiş liderlərin şərəfinə şəhərlər salınması ənənəsi min illər boyu yaşamaqdadır. İsgəndəriyyə, Sankt-Peterburq, Vaşinqton şəhərləri adlarını daşıdığı tarixi şəxsiyyətlərin müstəsna xidmətlərini əks etdirir, insanların onlara hörmət, ehtiram və minnətdarlığını ifadə edir. Siyahını sonrakı tarixi dövrlərdən, hətta müasir günlərimizdən nümunələrlə artırmaq mümkündür.
Qarabağın azad edilməsi ilə nəticələnən zəfər yürüşü Azərbaycan vətəndaşları tərəfindən xalqımızın son yüzilliklər ərzində qazandığı ən möhtəşəm hərbi uğur hesab edilir. Tarixi Qələbəmizin başlıca və həlledici müəllifi olan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə xalqın hədsiz məhəbbəti və minnətdarlığı hazırki milli düşüncənin aparıcı ideyasıdır.
"Onun dövlətimizin bu günü və gələcəyi baxımından müstəsna əhəmiyyət kəsb edən tarixi xidmətlərini əhalimiz ən səmimi istək və duyğularla layiqincə qeyd etməyi ürəkdən arzulayır. Bu məqamda yüz illərlə tarixdə yaşayan və bu günlərimizə gəlib çatan ənənəyə Azərbaycanda müraciət etməyin tam zamanı olduğunu düşünürəm. Prezident İlham Əliyev qeyd etdiyi kimi, erməni işğalından azad edilmiş doğma Qarabağın yenidən qurulması dövlətimizin yaxın illərdə qarşısında duran əsas vəzifədir. Heç şübhə yoxdur ki, Qarabağ təkcə Azərbaycanda deyil, bəlkə də dünyada ən müasir, ən rahat məskunlaşma məkanı olacaq, burada gözəl şəhərlər salınacaq, yeni və inkişaf etmiş infrastruktur yaradılacaq. Dövlət məmuru kimi deyil, bir vətəndaş olaraq inanıram ki, azad edilən torpaqlarımızda müqəddəs Qarabağ savaşında misilsiz hərbi uğurumuzun və onun müəllifi Prezident İlham Əliyevin şərəfinə böyük, müasir və gözəl şəhərin salınması həm 30 illik işğala son qoymuş qələbəmizin tarixi əhəmiyyətinin, həm də Müzəffər Ali Baş Komandanın müstəsna xidmətlərinə görə xalqın ona minnətdarlığının layiqli ifadəsi olardı. Bu şəhər eyni zamanda keçmiş və gələcək tarix nöqteyi-nəzərindən qədim Qarabağ diyarının Azərbaycan xalqına mənsubluğunun daha bir simvoluna çevrilərdi. Torpaqlarımızın azadlığı uğrunda savaşda qazanılan möhtəşəm zəfərimiz də, onun əsas müəllifi Müzəffər Ali Baş Komandan İlham Əliyev də buna layiqdir", - deyə Əli Əhmədov vurğulayıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Qafqaz Albaniyasının xristian irsinin izləri Qarabağda və Azərbaycanın digər bölgələrində görünür - Hikmət Hacıyev
-
Ermənistan məhkəməsi TRIPP üzrə sazişi təsdiqlədi
-
Ülvi Quliyev "Şöhrət" ordeni ilə təltif edilib
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “Qobustan” GES-in açılışında iştirakına dair paylaşım edilib - (Video)
-
Ermənistan rəhbərliyi anlamalıdır ki, siyasi oyunlar artıq keçərli olmayacaq - Sahil Kərimli
-
Dövlət büdcəsinin layihəsi Nazirlər Kabinetinə təqdim edildi
XƏBƏR LENTİ
-
Gəlin toyda suyun içindən keçdi - (Video)
-
Qafqaz Albaniyasının xristian irsinin izləri Qarabağda və Azərbaycanın digər bölgələrində görünür - Hikmət Hacıyev
-
Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq
-
Ölüm hədəsi ilə üzləşən qapıçı 6 qol buraxdı
-
Şəhərətrafı qatar reyslərinin sayı 100-ə çatdırılır
-
Seyyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar - Yenilənib (Foto)
-
MEMİM bu il də “Sənət inciləri” layihəsi ilə Üzeyir Hacıbəyli festivalına töhfə verəcək
-
Tələbələr üçün gediş haqqı daha ucuz olacaq
-
Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - (Foto)
-
Prezident İlham Əliyevin “Qobustan” Günəş Elektrik Stansiyasının açılışından maraqlı görüntüləri - (Video)
-
Masazırda şagirdlər zirzəmidə dərs keçib? - Açıqlama - (Video)
-
ABŞ və husilər Omanda gizli görüş keçirdi - Detallar
-
Türkiyəli iş adamının olduğu təyyarə dağa çırpıldı
-
Azərbaycanda 70 qurum akkreditasiya edildi
-
Badamdarda yaşayış binasında partlayış: Xəsarət alan var
-
"Beşiktaş"da ciddi itki
-
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
Narkotik aşkarlanan yük maşınları müsadirə olunsun - Təklif
-
Kanada Aİ-yə qoşula bilər?
-
“Neftçi” 1000-ci oyununa çıxacaq
-
TDT ölkələri arasında ticarət və iqtisadi əlaqələrin inkişafı müzakirə olunub - (Foto)
-
Ermənistan məhkəməsi TRIPP üzrə sazişi təsdiqlədi
-
Şahin Mustafayev yenidən Azərbaycan Stolüstü Tennis Federasiyasına prezident seçilib
-
Bu şəxslərin hərbi rütbədə olma müddəti 1 il azaldılacaq





