"Putin demək istədi ki, burada söz sahibi Azərbaycandır" - Politoloq
"Rusiya dövlət başçısı Vladimir Putin regiondakı reallıqlara nəzər salaraq öz münasibətini açıqlayıb".
Bunu Milli.Az-a açıqlamasında "Cənubi Qafqaz" politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə üçtərəfli bəyanatın əhəmiyyətini şərh edərkən deyib.
Politoloq bildirib ki, burada bir vacib məsələ ondan ibarətdir ki, Putin əslində bizim üçün yeni bir şey deməyib:
"Biz onun Qarabağın Azərbaycanın tarixi torpağı olduğunu bildirməsini həmişə demişik. Sadəcə, onun bu cür mövqeyi, hər şeyi açıq şəkildə şərh etməsi ermənilər üçün yeni idi. Çünki biz özümüz həmişə demişik ki, Rusiyaya görə, Qarabağ Azərbaycan torpağıdır. Putin dolayı, sətiraltı ifadələrlə bu mövzuya münasibət bildirirdi, heç vaxt açıq demirdi. Amma artıq mövqeyini açıq bildirdi. Çünki Ermənistanda indi etiraz aksiyaları artır, bilirik ki, orada çoxları baş verənlərə görə Rusiyanı günahlanıdırır. Rusiya bu açıqlamaları 6 ay qabaq desəydi regionda vəziyyət başqa cür də cərəyan edə bilərdi. Ümumiyyətlə hamı hər şeyi öz adı ilə danışsaydı, desəydi, yaxud da təhlil etsəydi, bəlkə də müharibə də olmazdı.
Putinin bu açıqlamaları gələcək üçün çox vacibdir. O qeyd etdi ki, Dağlıq Qarabağ, ətraf rayonlar Azərbaycan torpağıdır. Əgər Azərbaycan torpağıdırsa, demək burada söz sahibi Azərbaycandır, bu bölgənin gələcəyi ilə bağlı hər hansısa bir razılaşmanın söz sahibi kimi Azərbaycan çıxış edir. Bu da bizim üçün çox vacib bir amildir. Biz bundan istifadə edib, bundan sonrakı danışıqlar prosesinin gedişatına təsir göstərə bilərik".
İ.Vəlizadə onu da qeyd edib ki, Rusiya liderinin Türkiyəylə bağlı mövqeyi isə bunu deməyə imkan verir ki, qardaş ölkə bu bölgənin gələcəyinin müəyyənləşdirilməsində yaxından iştirak edəcək:
"Rusiya dövlət başçısının Türkiyəylə bağlı dediyi "Qarabağ məsələsində Türkiyəyə hər hansı bir qiymət verə bilərsiniz, ancaq beynəlxalq hüququ pozmaqda günahlandırıla bilməzsiniz" açıqlamasına da zəmin yaradan hadisə odur ki, Türkiyə sentyabrın 27-də başlayan müharibəyə müdaxilə etmədi, Azərbaycana mənəvi dəstək verdi, heç bir beynəlxalq hüququ pozmamışdı. Bu da Türkiyənin apardığı düşünülmüş, uzaqgörən siyasətdən, bölgədə sülhün tənzimlənmsindəki rolundan xəbər verir. Türkiyə burada konstruktiv rol oynayır və əlbəttə ki, bu rol ona imkan verir ki, digər ölkələrlə yanaşı bu bölgənin gələcəyinin müəyyənləşdirilməsində də yaxından iştirak etsin".
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin "Rossiya-24" telekanalına müsahibəsi zamanı Dağlıq Qarabağla bağlı suala "Beynəlxalq hüquqa görə, Qarabağ həmişə Azərbaycanın ayrılmaz hissəsi olub, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı müdaxilə edə bilməz. Heç kim Ermənistana təcavüz etmir" cavabını verib.
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Müharibə etmək istəyirlərsə, cəsur əsgərlərimizlə döyüşsünlər"
-
Macarıstan Orbanın qalmaqallı qadağasını dəyişir
-
Dünyada ən çox maaş alan lider odur
-
Ukrayna buna razı olsa, sülh sazişi hazırdır - Kuşner
-
Orada Putinlə Zelenski arasında görüş qeyri-mümkündür - Peskov
-
"Belem Missiyası 1.5" Troykasının mandatı çərçivəsində məsləhətləşmə keçirilib - XİN
XƏBƏR LENTİ
-
“Süni intellekt gəlirimizi azaldır, buna son qoymalıyıq“ - Rafet El Roman
-
HR mütəxəssisi: 'Müsahibədə bu sözü deyənləri dərhal işə götürürük'
-
Yataraq 2 milyon qazanacaqlar
-
Günün qoroskopu: Alacağınız xəbər əhvalınızı birdən-birə yüksəldəcək
-
“Xaricilər gəlir, 1 milyon pul aparır, amma bizimki 40 min götürə bilmir“ - Elcan Rəsulov - (Video)
-
“Onlara ömürlük qadağa qoyulsun” - Ronaldo Neveşi müdafiə etdi
-
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
-
Kıvançın evində xidmətçi damdan yıxıldı - reanimasiyadadır
-
"Bavariya" səfərdə qalib gəldi - (Video)
-
"Qalatasaray"dan ayrılan ulduz futbolçu La Liqa yolunda
-
İstanbulda avtobus yandı - ölən və yaralananlar var - (Foto/Video)
-
Arda Gülər sevgilisi ilə “Formula-1”də - (Video)
-
Yasamal və Xəzərdə işıq olmayacaq
-
Mançester derbisini “Siti” qazanıb - (Video)
-
"Beşiktaş" "Flamenqo"nun futbolçusunu icarəyə götürəcək
-
"Kurtlar Vadisi Pusu"nun ssenaristləri ifadə verəcəklər
-
Anant Ambani dünyanın ən bahalı saat kolleksiyasına sahibdir - (Foto)
-
“Təmiz qolumuz sayılmır, qapımıza gülünc penalti təyin olunur” - (Video)
-
Tramp hər gün nəsə deyir, əmin deyilik - Pezeşkian
-
Premyer Liqanın V turunda "Zirə" və "Qarabağ" heç-heçəyə razılaşıb - Yenilənib
-
Bu dəfə də Xuraman Şuşalını aldatmaq istədilər - (Foto)
-
Dünyanın 50 ən nüfuzlu yəhudisi: Zelenski də siyahıdadır
-
Gəncədə toy karvanında gəlin maşını qəzaya düşdü - (Foto)
-
Kimi Antonelli İspaniya Qran-prisinin qalibi olub





