"Türkiyənin bu fəaliyyəti Rusiya Silahlı Qüvvələrindən daha üstün qiymətləndirilir"
İmzalanan sənəddən sonra burada əks olunan 9 maddədən biri də atəşkəs rejiminə nəzarət edəcək birgə Rusiya-Türkiyə monitorinq mərkəzinin fəaliyyətini nəzərdə tutur.
Bunu Milli.Az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
Ekspert bildirib ki, Türkiyə Böyük Millət Məclisinin qəbul etdiyi qanunun Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanması Azərbaycanın işğal altında qalan ərazilərinin azad edilməsində müstəsna əhəmiyyətə malikdir:
"Əslinə qalsa, Türkiyə Silahlı Qüvvələri Azərbaycanın mütəqillik əldə etdiyi ilk günlərdən Azərbaycan ilə Türkiyə arasında hərbi, hərbi texniki sahədə əməkdaşlıq haqqında bir çox müqavilələr imzalanıb və onların həyata keçirilməsində heç bir problemlərə rast gəlinməyib. Hər il mütəmadi olaraq keçirilən hərbi təlimlər son illərdə xüsusilə intensivlik qazanıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi istiqamətində Ordumuzun uğurlarında Türkiyənin də mənəvi dəstək göstərməsi heç kim üçün sirr deyil. Buna görə də Azərbaycan Qarabağda əldə etdiyi nailiyyətlərin möhkəmləndirilməsində Türkiyə Silahlı Qüvvələrinin də iştirakını daim ön planda tutub. Bununla əlaqədar 11 noyabrda artıq Türkiyə ilə Rusiyanın birgə fəaliyyət göstərəcəyi monitorinq mərkəzinin yaradılması üçün müəyyən məsləhətləşmələr bir neçə gün davam etdi, ondan sonra isə Türkiyə Böyük Millət Məclisi HDP (Xalqların Demokrat Partiyası) xaric, bütün iqtidar və müxalifət partiyalarının yekdil dəstəyi ilə Azərbaycana Türkiyə Silahlı Qüvvələrinin hərbi qüvvələr göndərməsi barədə qanunu qəbul etdi. Bu qanun isə dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalandı. İmzalandığı gündən qüvvəyə minən bu bəyanat Azərbaycanın işğal altında qalan (Kəlbəcər, Ağdam, Laçın) digər ərazilərinin azad edilməsində müstəsna əhəmiyyətə malikdir".
Ə.Verdiyev onu da qeyd edib ki, Türkiyənin birgə monitorinq mərkəzində fəaliyyət göstərməsi sülhməramlıların öz funksiyalarının beynəlxalq hüquqa və tərəflər arasında imzalanan müqavilələrə uyğun şəkildə həyata keçirilməsi üçün böyük əhəmiyyət daşıyır:
"Bilirsiniz ki, daxili auditoriyada rusiyalı sülhməramlıların atəşkəs imzalanmasından həmən sonra ərazidə görünməsi müəyyən qədər narahatlıqlar yaratmışdı. Buna görə də Azərbaycan ictimaiyyəti də Türkiyənin bu əməliyyatlarda iştirakını vacib sayırdı. Göründüyü kimi, artıq bu qanun imzalanıb. Xatırladıram ki, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycanda 2010-cu ildən rəsmən iştirakı sənədlərlə təsdiqlənsə də, bu, onların hərbi əməliyyatlar səhnəsində iştirakına imkan vermirdi. Türkiyə qanunlarına görə ölkə hüdudlarından kənarda fəaliyyət göstərən Silahlı Qüvvələrin Parlament tərəfindən qəbul etdiyi qərar Türkiyə Prezidenti tərəfindən təsdiqlənməlidir. Bu monitorinq mərkəzinin tərkibinə daxil olan qüvvələrin sayı barədə konkret məlumatlar hələ də əldə olunmasa da düşünürəm ki, bu heyət, əsasən, yüksək rütbəli zabitlərdən və sülhməramlı missiyalarda iştirak edən heyətdən ibarət olacaq.
Türkiyə hazırda dünyanın üç qitəsində yerləşən 15 ölkədə sülhməramlı missiyalar həyata keçirir. Dolayısı ilə onların bu istiqamətdə fəaliyyəti Rusiya Silahlı Qüvvələrindən daha üstün qiymətləndirilir. Bu baxımdan Azərbaycanın daim yanında olan, onu mənəvi cəhətdən dəstəkləyən Türkiyə Silahlı Qüvvələrinin birgə monitorinq mərkəzində fəaliyyət göstərməsi ümumilikdə sülhməramlıların öz funksiyalarının beynəlxalq hüquqa və tərəflər arasında imzalanan müqavilələrə uyğun şəkildə həyata keçirilməsi üçün böyük əhəmiyyət daşıyır. Bu isə birmənalı şəkildə həm Rusiyanın, həm Türkiyənin, həm də işğaldan azad edilən ərazilərdə yaşayan və vətəndaşlarımız olacaq erməni əhalinin də maraqlarına tam uyğundur".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
-
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib
XƏBƏR LENTİ
-
Daimi pul çatışmazlığının beyin üçün təhlükəsi sübut edildi
-
Payız gəldi, saçlar tökülməyə başladı - Səbəb
-
İki dəfə aldanmalarına imkan verməyən bürclər
-
"Kastinqlərdə şalvarımı çıxarmağımı istəyirdilər" - Sandra Bullok
-
Sarı yoxsa yaşıl? Bananı bu şəkildə yeyənlər diqqətli olsunlar
-
Niyaməddin Musayev bu yolla formada qalır - (Video)
-
Həftədə 25 saat hosteldə işləyib... Bu ölkədə pulsuz yaşamaq olar
-
“Evdə soğan belə doğramıram” - Aytəkin Mərdanova - (Video)
-
Ərdoğan ABŞ-yə getdi
-
38 yaşlı kişi faciəvi şəkildə öldü - (Video)
-
Tələbələri təhdid edən şəxs yenidən universitetə bərpa olunacaq?
-
"Türkiyənin ən gözəl qadınını istəyən" general Ankara ilə əlaqələr kəsildi
-
Günün qoroskopu: Bütün işlərinizi sürətlə yoluna qoya biləcəksiniz
-
Bilgəhdə dənizdə batan gənclər yataqxanada qalırlarmış - Təfərrüat - (Video)
-
Matçdan öncəki məşq zamanı qorxulu qəza - (Video)
-
"Həddi bir az aşmışıq, üzr istəyirəm" - Rüfət Nasosnu - (Video)
-
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
-
İtaliyada niqab qadağan edilir
-
Zelenski Trampla Nyu-Yorkda görüşlə bağlı razılığa gəlib
-
Kadir İnanırın mirası açıqlandı
-
“Ela” və “Levent” 18 il sonra yenidən bir arada - (Video)
-
Məmmədəli Mehdiyev cüdo üzrə veteranlar arasında dünya çempionu olub
-
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - (Foto)
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir





