Siyasət

Ermənistanın girov götürdüyü azərbaycanlı Dilqəm Əsgərovun saxlanıldığı yer məlum olub

19 Noyabr 2020 07:15
Baxış: 1 575

Azərbaycanlı Dilqəm Əsgərovun saxlanıldığı yer məlum olub.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə D.Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib.

O bildirib ki, ermənilər girovu əvvəlcə Ermənistanın Qoris rayonuna, oradan isə Şıraka aparıblar:

"Beynəlxalq Qızıl Xaç Komitəsi əməkdaşlarının dünən mənə verdiyi məlumata görə, ermənilər atam Dilqəm Əsgərovu Şuşa Qalasından oğurlayaraq, öncə Qorisə aparıblar. Bir müddət orda qaldıqdan sonra, noyabrın 13-də Şıraka aparıblar. Rəsmi məlumata görə, hazırda atam Şırakda "Artik" adlı türmədə saxlanılır".

K.Əsgərovun sözlərinə görə, Komitənin əməkdaşları Dilqəm Əsgərova Şırakda baş çəkiblər: "Onlar görüşdən dərhal sonra mənə məlumat verdilər. Məlumata görə, hər şey normaldır və Qızıl Xaç Komitəsinin əməkdaşları atamı daim nəzarətdə saxlayır".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.