Siyasət

"Bu günlərdə tarixin gedişatı dəyişir və biz bunun şahidi oluruq" - Hüseyn Altınalan

8 Noyabr 2020 15:41
Baxış: 718

Bu günlərdə tarixin gedişatı dəyişir və biz bunun şahidi oluruq.

Milli.Az bildirir ki, bunu Trend-ə Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyn Altınalan Şuşa şəhərinin işğaldan azad olunmasını şərh edərkən deyib.

O bildirib ki, 28 il işğal altından qalmış Şuşa tarixi əhəmiyyətə malikdir:

"Separatçı rejimin rəhbəri burada "andiçmə" keçirmişdi, Nikol Paşinyan da rəqs etmişdi. İndi isə şanlı Azərbaycan ordusu həmin ərazilərdəki işğalçıları cənab Prezidentin dediyi kimi "iti qovan kimi" qovdu. Əmin addımlarla zəfərə doğru irəliləyirik. Cənab Prezidentin dediyi kimi, işğaldan azad edilən ərazilərdə azan səslənəcək. Müqəddəs məkanlarımız əvvəlki halına qayıdacaq. Tarixi zəfərlər qazanacağıq".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.