Siyasət

"Ermənistan prezidenti Rusiya televiziyasına müsahibədə faktları saxtalaşdırıb" - Leyla Abdullayeva

4 Noyabr 2020 12:25
Baxış: 1 615

Ermənistan prezidenti Rusiyanın "RBK" telekanalına müsahibəsində faktları saxtalaşdırıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Leyla Abdullayeva öz "Twitter" səhifəsində yazıb.

O bildirib ki, erməni prezidenti Dağlıq Qarabağ Muxtar Vilayətinin tarixi, demoqrafiyası, iqtisadi vəziyyəti barədə yalan danışıb:

"Onun sözlərinə görə, 1980-ci illərin sonlarında Azərbaycanı 1 milyondan çox erməni tərk edib. Fakt isə ondan ibarətdir ki, 1989-cu ildə keçirilmiş siyahıyaalmaya əsasən, Azərbaycanda 390 505 erməni yaşayıb".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.