Siyasət

Cənubi Qafqazda sülh yalnız torpaqların işğaldan azad edilməsindən sonra mümkündür - Türkiyə MN

3 Noyabr 2020 10:33
Baxış: 1 019

Cənubi Qafqazda sülh yalnız Azərbaycan torpaqlarının işğaldan azad edilməsindən sonra mümkündür.

Milli.Az bildirir ki, bunu Trend-ə Türkiyə Milli Müdafiə Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, bu, təkcə Azərbaycanın və Türkiyənin tələbi deyil, işğal olunmuş torpaqların azad edilməsini beynəlxalq hüquq da tələb edir:
"Bu gün Azərbaycan Ermənistanın Azərbaycan ərazisindən qoşunların çıxarılmasını tələb edən BMT qətnamələrini özü yerinə yetirir".

Nazirlikdən bildiriblər ki, Türkiyə əvvəlki kimi Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir və hər zaman Azərbaycanın yanında olacaq.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.