Siyasət

Hikmət Hacıyevin adına sosial şəbəkələrdə saxta profillər yaradılıb - FOTO

2 Noyabr 2020 07:35
Baxış: 1 208

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin adına sosial şəbəkələrdə saxta profillər yaradılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Hikmət Hacıyev öz "Twitter" hesabında yazıb.

H.Hacıyev bildirib: "Hörmətli izləyicilər! Mənim adıma twitter-də @hikmet_hajiyev və teleqram kanalında Hikmet Hajiyev kimi ünvanlar yaradılmışdır. Bundan əvvəl Instagram və Facebook-da belə saxta profillər yaradılmışdı. Mənim yalnız Twitter-də @HikmetHajiyev adlı hesabım vardır".

Daha bir tvitdə Azərbaycan Prezidentinin köməkçisi onun adına açılan saxta profildən Ermənistan XİN-nin səhifəsində şərhlər yazılmasını da qeyd edib: "Erməni təbliğat maşını mənim adımdan belə saxta profillər yaradır və sonra Ermənistan Xarici İşlər Nazirliyinə şərhlər yazır. Bu cəfəngiyyatdır".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.