"The New-York Times" nəşrində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdənin raket atəşinə tutulması barədə məqalə dərc edilib
"The New-York Times" nəşrində erməni silahlı qüvvələrinin Azərbaycanı növbəti dəfə raket atəşinə tutması, erməni təcavüzü və Azərbaycanın işğal edilmiş ərazilərində hazırda davam edən hərbi əməliyyatlar barədə məqalə dərc edilib. Qəzetin Ermənistan tərəfindən raket atəşinə məruz qalmış bir qrup jurnalisti Azərbaycanın dinc əhalisinə qarşı hücumu təsvir edib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, jurnalistlər Bərdə şəhərinin əsas küçəsində maşınla getdikləri zaman şəhərə erməni raketləri düşməyə başlayıb. Məqalənin müəllifi jurnalist Karlotta Qell yazır ki, birinci partlayış çox gurultulu olub. Jurnalistlər maşından tullanaraq yaxınlıqdakı divara qısılıblar.
Karlotta Qell yazır: "Azərbaycan Ermənistanla müharibə vəziyyətindədir, lakin cəbhə xətti Bərdədən 20 mil uzaqdadır. Həmin ana qədər bu rayonda sakitlik idi". Reportyor daha sonra raket zərbəsinin dəhşətli nəticələrini və yaralı dinc sakinlərin yaxınlıqdakı özəl poliklinikanın zirzəmisinə çatdırılmasını təsvir edir.
1988-ci ildə başlanmış silahlı münaqişə nəticəsində Azərbaycan ərazisinin xeyli hissəsi işğal edilib, bir milyona yaxın azərbaycanlı öz evlərindən qovulub. Cəbhə xəttinin yaxınlığında yerləşən bir sıra yaşayış məntəqələri demək olar ki, hər gün raket zərbələrinə məruz qalır. Cəbhə xəttindən xeyli uzaqda yerləşən Bərdəyə hücum münaqişənin eskalasiyasının nəticəsidir.
Qell Bərdənin mərkəzində yaranmış kədərli mənzərəni belə təsvir edir: "Dağıdılmış maşınlar qeyri-standart istiqamətdə dayanmışdı. İki maşında olan cəsədlərin üzərinə adyal örtülmüşdü. Digər avtomobilin yanında bir cüt ayaqqabı görünürdü. Yola tökülmüş qan ətrafı qara rəngə boyamışdı. Havadan partladıcı maddə iyi gəlirdi".
Bərdə şəhərinin mərkəzinə raket zərbəsi nəticəsində 21 nəfər həlak olub, daha 70 nəfər yaralanıb. Qell yazır ki, hakimiyyət orqanlarının məlumatına görə, kasetli bombalar yayan raketlər "Smerç" tipli yaylım atəşi sistemindən atılıb. Açıq sahələrdə ordulara qarşı istifadə edilmək üçün nəzərdə tutulan kasetli bombalar yaşayış rayonlarında mülki əhali üçün çox təhlükəlidir. Ona görə də dünyanın əksər ölkələrində bu silahdan istifadə edilməsi qadağan olunub.
Müəllif daha sonra yazır ki, həmin gün səhər bir qrup jurnalist Bərdənin yaxınlığındakı Qarayusifli kəndinə baş çəkib. Burada yerli əhali raket atəşi nəticəsində həlak olanları dəfn edirdi. Qarayusifli kəndinin dörd sakini, o cümlədən 7 yaşlı qız həlak olub, 10-dan çox insan yaralanıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan XİN Çilini təbrik etdi
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
TDT-də yeni strategiya: Təhlükəsizlikdən enerji dəhlizlərinə qədər vahid güc mərkəzi
-
Dövlətin ən həssas sərhədi xəritədə deyil
-
Prezident İlham Əliyev: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
-
Prezident İlham Əliyev: Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın
XƏBƏR LENTİ
-
Ermənistanın keçmiş Baş nazirinin qardaşı saxlanıldı
-
Formula-1 ilə əlaqədar Bakıda bu yollar bağlanacaq - Tarixlər
-
"Arda Güler “Barselona”ya gedəcəkdi, o açıqlamadan sonra qərarını dəyişdi"
-
Ölkədə ətin qiyməti bahalaşacaq?
-
Kadırovun 18 yaşlı oğlu çıxışı ilə gündəm oldu - (Video)
-
Oğurluq edən "Cennifer Lopez" saxlanıldı
-
Saxlanılan şəxslər Azərbaycanda dini xadimlərə qarşı sui-qəsd hazırlayıblar - DTX - (Video)
-
Tahir Gözələ yeni vəzif verildi - Bank sədri oldu
-
Hərbi xidmət keçmədən “yararlı” hərbi bilet almaq mümkündürmü?
-
Türkiyədə 17 yaşlı qızlarını zəncirləyən valideynlər tutuldu: “Qızını döyməyən dizini döyər” - (Video)
-
Rusiya ordusunun 1668 günlük müharibədə itkiləri açıqlandı
-
Tbilisidə 55 uşaq və bir əməkdaş zəhərləndi
-
DTX terror təşkilatlarının kriptovalyuta üzərindən maliyyələşdirilməsini aşkarlayıb
-
Conidən evli olması xəbərinə reaksiya
-
Bakıda 13 yaşlı qız hamilə qaldı, 18 yaşlı oğlan həbs edildi
-
ABŞ qırıcısı qəzaya uğradı
-
Asya Alizadeyə növbəti qadağa
-
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
-
DTX terrorçuluqla bağlı əməliyyat keçirdi: 11 nəfər həbs edildi - (Video)
-
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər
-
Bakıda yol xəttini qara boya ilə dəyişdilər - 3 nəfər saxlanıldı - (Video)
-
Ledi Qaqanın ilk övladının adı və cinsi bəlli oldu
-
Rusiyada seçkilər başladı
-
Azərbaycan nefti yenidən ucuzlaşdı





