Siyasət

İran günahsız insanların öldürülməsini və şəhərlərin atəşə tutulmasını qəbuledilməz hesab edir - Əraqçidən açıqlama

28 Oktyabr 2020 20:30
Baxış: 1 062

İran günahsız insanların öldürülməsini və şəhərlərin atəşə tutulmasını qəbuledilməz hesab edir.

Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında İran Xarici İşlər nazirinin müavini və İran Prezidentinin xüsusi elçisi Seyid Abbas Əraqçi deyib.

S.A.Əraqçinin sözlərinə görə, İran qeyri-hərbi obyektlərə hücumu qətiyyətlə pisləyir: "Bu, İranın şəffaf mövqeyidir. Günahsız insanlara hücumlar etmək dərhal dayandırılmalıdır. Azərbaycan xalqı və dövlətinə şərik çıxırıq. İran öz səylərini artıracaq ki, sivillərin öldürülməsinin qarşısı alınsın. İran günahsız insanların öldürülməsini və şəhərlərin atəşə tutulmasını qəbuledilməz hesab edir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.