Siyasət

Dağlıq Qarabağda sülh şəraitinə qayıtmaq ətraf mühitə ziyanın qarşısını alacaq - UNEP

27 Oktyabr 2020 19:08
Baxış: 803

Dağlıq Qarabağda sülh şəraitinə qayıtmaq ətraf mühitə daha çox ziyan vurulmasının qarşısını alacaq.

Milli.Az bildirir ki, bunu Trend-ə BMT-nin Ətraf mühit üzrə Proqramının (UNEP) nümayəndəsi deyib.

O bildirib ki, BMT-nin baş katibi və İnsan haqları üzrə ali komissarın bəyan etdiyi kimi, məkandan asılı olmayaraq, mülki şəxslərin və mülki infrastrukturun müdafiəsi üçün beynəlxalq humanitar hüquq üzrə bütün öhdəlikləri yerinə yetirmək vacibdir:

"Biz BMT-nin döyüş əməliyyatlarının dərhal dayandırılması və ətraf mühitə daha çox ziyanın vurulmasının qarşısının alınması ilə bağlı çağırışını dəstəkləyirik".

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.