Elsiz-obasız, torpaqsız olmaq dünyada heç bir dərdlə müqayisə edilə bilməz - Zəngilan sakini
Elsiz-obasız, torpaqsız və vətənsiz olmaq dünyada heç bir dərdlə müqayisə edilə bilməz. Artıq bizim evimiz, elimiz azaddır və əminəm ki, çox yaxın zamanda "Böyük qayıdış" başlayacaqdır.
Milli.Az bildirir ki, bunu Trend-ə Zəngilan rayonunun işğaldan azad edilən Vənədli kənd sakini, Yeni Azərbaycan Partiyası Zəngilan rayon Gənclər birliyinin sədri Nərmin Hüseynzadə deyib.
O, tarixi qələbə münasibətilə xalqımızı, xüsusilə də zəngilanlıları təbrik edib: "Düşünürəm ki, elindən-obasından didərgin düşmüş dünyanın bütün insanları azad olmuş vətəninə qarşı həssasdır. Bütün çətinliklərə, çatışmazlıqlara baxmayaraq Vətən ruhu, Zəngilan sevgisi, el-oba həsrəti zərrə qədər də azalmayıb, əksinə, daha da həssaslaşıb. Döyüş əməliyyatları başlayan gündən etibarən saysız-hesabsız gəncimiz könüllü olaraq döyüşdə iştirak etmək üçün müvafiq orqanlara müraciət etdi. Şübhəm yoxdur ki, 45 min zəngilanlı geri qayıdacaqdır. Hesab edirəm ki, xalqımız elə bu gün göstəriş verilərsə, torpaqlarına geri dönməyə tam hazırdır. Dövlətimizin iqtisadi gücü yetərlidir ki, "Böyük qayıdış" tam uğurla baş tutsun".
Nərmin Hüseynzadə bildirib ki, Zəngilan çox gözəl coğrafi mövqeyə malik olan rayonlarımızdandır. Rayon qərbdən dağlıq, şərqdən isə Araz çayına qədər dağətəyi relyefə malikdir: "Zəngilan qızıl, gümüş, mis yataqları, bundan başqa, əhəng daşı yataqları ilə zəngindir. Tütünçülük, üzümçülük, qismən taxılçılıq, meyvəçilik inkişaf etmiş aqrar sahələrimizdir. Son dövrlərdə ölkəmizin inkişaf edən turizm sektoru rayonumuzda da geniş perspektivə malikdir. Əminəm ki, yuxarıda qeyd etdiyim sahələrin inkişafı ilə rayonumuz ölkə iqtisadiyyatı üçün müstəsna əhəmiyyətli, faydalı ola bilər.
Çox böyük ümidlərlə biz Zəngilana geri qayıdacağıq və bundan sonra bütün gücümüzü rayonumuzun inkişafı üçün istifadə edəcəyik.
Mən bütün zəngilanlı gənclərin adından bizim şanlı yürüyüşümüzün əsas memarı olan Ali Baş Komandan cənab İlham Əliyevə təşəkkür edirəm".
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
ABŞ-nin Azərbaycandakı səfirliyi: Cənubi Qafqazda sülh yeni imkanlar açır
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində "SABAH.city" ilə bağlı video paylaşılıb
-
Hakan Fidan Azərbaycana gəlir
-
Vuçiç Prezident İlham Əliyevin Serbiya-Azərbaycan münasibətlərinin inkişafındakı rolunu qeyd edib
-
Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib - (Video/Foto)
-
TDT müsəlman dini idarə rəhbərləri Prezident İlham Əliyevə müraciət ünvanlayıblar
XƏBƏR LENTİ
-
Bakının ictimai nəqliyyatında tarixi rekord: Sabahdan 2530 avtobus buraxılır
-
Almaniyada Cessna təyyarəsi tarlaya düşdü
-
Park Cinema artıq “Sea Breeze”də!
-
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - (Video)
-
Bəzi ixtisaslarda bakalavriat təhsili 3 il ola bilər - Nazir
-
Çexiya millisinin keçmiş qapıçısı vəfat etdi
-
Azərbaycan Hava Yollarının Sərnişin Aviaşirkətinə yeni rəhbər təyin olunub
-
Altı gün əvvəl qəzaya düşmüş qadın xəstəxanada öldü
-
Azərbaycanda şəxsiyyət vəsiqəsində ana adı da yazılacaq?
-
ABŞ-nin Azərbaycandakı səfirliyi: Cənubi Qafqazda sülh yeni imkanlar açır
-
57 yaşlı Ceylodan cazibədar Fotolar
-
Bakı Dəmiryol Vağzalında 11 yeni turniket quraşdırıldı
-
İkinci sertifikasiya kimlərə şamil olunacaq?
-
“Trabzonspor”un yeni baş məşqçisi bəlli oldu
-
Əşrəf Dahruc vəfat etdi
-
Məktəblərdə dərs saatları dəyişdirilə bilər
-
Saxlanılan Çağla İstanbuldan Vana gətirildi - (Video)
-
Müəllimlərin geyim qaydaları dəyişir? - Nazirlikdən açıqlama
-
90 min şəxsin maaşı artacaq - Nazir açıqladı
-
Monqolustan prezidenti 100 kiloqramlıq ştanqı 20 dəfə qaldırdı – (Video)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində "SABAH.city" ilə bağlı video paylaşılıb
-
Bakıda skuter avtomobillə toqquşdu - (Anbaan video)
-
Türkiyədə qəbiristanlığın içində bina tikib satırlar - (Video)
-
Hakan Fidan Azərbaycana gəlir





