Siyasət

Uşaqları Qarabağa döyüşməyə buraxmayın - Erməni mayor öz xalqına müraciət etdi - VİDEO

23 Oktyabr 2020 15:01
Baxış: 8 872

Azərbaycan ordusuna təslim olmuş erməni zabit Ermənistan xalqına müraciət edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, ehtiyatda olan milis mayoru Edik Tonoyan 2018-ci ildə təqaüdə çıxıb.

O, iki il ərzində Rusiyaya qazanc üçün getdiyini deyib:

"2020-ci ildə mən koronavirusla əlaqədar Rusiyaya gedə bilmədim. Ermənistanda qalıb tikinti ilə məşğul oldum. Sentyabrın 27-də Azərbaycanla müharibə başlayanda məni oğlumla birgə tikintidən hərbi komissarlığa apardılar. Hərbi komissarlıqda razılaşdıq ki, oğlumun əvəzinə məni hərbi xidmətə göndərəcəklər və mən Ermənistan ərazisində xidmət edəcəyəm. Mən Qarabağa getmək istəmirdim, çünki bu, bizim torpaq deyil. Dedim ki, əgər zərurət yaranarsa Ermənistana görə döyüşməyə hazıram, Qarabağa görə yox".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.