Siyasət

Səfir: Beynəlxalq hüquq müharibədə mülki vətəndaşların ölümünə səbəb olmamağa çağırır - FOTO

19 Oktyabr 2020 17:15
Baxış: 567

İsveçrə konfliktin sülh yolu ilə həlli istiqamətində Minsk Qrupu həmsədrlərinin cəhdlərini dəstəkləyir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ilə görüşündə İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri xanım Muriel Peneveyr deyib.

M.Peneveyre Gəncədə baş verən hadisələrlə bağlı məyusluğunu ifadə edib.

O, sentyabrın 28-də İsveçrə tərəfinin münaqişəyə öz mövqeyini bildirdiyini, hazırki vəziyyətlə bağlı həlak olan mülki əhaliyə görə narahatçılığını qeyd edərək, hər iki tərəfi gücdən istifadə etməməyə və beynəlxalq hüquqa riayət etməyə çağırıb.

Səfir bildirib ki, beynəlxalq hüquq beynəlxalq humanitar hüququ özündə ehtiva edir və müharibədə mülki vətəndaşların ölümünə səbəb olmamağa çağırır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.