Dövlət Komitəsi Gəncədə zərər çəkən və həyatını itirən mülki vətəndaşlarla bağlı bəyanat verdi - FOTO
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi təcavüzkar Ermənistanın Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni növbəti dəfə raket atəşinə tutması nəticəsində zərər çəkən və həyatını itirən mülki vətəndaşlarla bağlı bəyanat verib.
Komitədən Milli.Az-a verilən məlumata görə, bəyanatda deyilir:
"Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc sakinlərini məqsədyönlü şəkildə hədəf seçərək mülki əhalini və yaşayış massivlərini növbəti dəfə raket atəşinə tutması bəşəriyyət əleyhinə yönəlmiş cinayətdir.
17 oktyabr 2020-ci il tarixində, gecə saatlarında cəbhə bölgəsindən və münaqişə zonasından kənar yerləşən Gəncə şəhəri sayca üçüncü dəfə terrora məruz qalaraq ballistik raket atəşinə tutuldu. Bu terror nəticəsində 3 azyaşlı uşaq, 4 qadın olmaqla 13 nəfər həyatını itirdi, 5-i azyaşlı və 20-i qadın olmaqla 48 nəfər ağır şəkildə yaralandı, 2 uşaq itkin düşdü. Qəhrəman Azərbaycan ordusunun qarşısında dayana bilməyən Ermənistan rəhbərliyinin terror əməllərinin qurbanı olan əhali arasında qadın və uşaqların yer alması ermənilər tərəfindən tarixən törədilən qətliamların növbəti təzahürüdür.
27 sentyabr 2020-ci il tarixindən bu günə kimi Ermənistan silahlı qüvvələri təmas xətti boyunca Azərbaycan mövqelərini, eləcə də münaqişə zonasına daxil olmayan Azərbaycan şəhərlərini, yerli əhalinin məskunlaşdığı yaşayış məntəqələrini və mülki obyektləri müxtəlif növ silahlarla intensiv şəkildə atəşə tutması nəticəsində, ümumilikdə 60 mülki şəxs həlak olmuş, 270 dinc sakin yaralanmışdır. 1704 yaşayış evi, 327 mülki obyekt və 90 çoxmərtəbəli yaşayış binası yararsız vəziyyətə düşmüşdür.
Bütün dünyanın gözü önündə baş verən, insanlığa qarşı barbarlıq və vəhşiliyi açıq şəkildə əks etdirən bu hadisələrə və azərbaycanlılara qarşı yönəlmiş müharibə cinayətinə dünya birliyinin hələ də səssiz qalması Azərbaycan xalqı olaraq bizi naharat edir. Beynəlxalq humanitar hüququn norma və prinsiplərini, o cümlədən elan olunmuş humanitar atəşkəsi kobud şəkildə pozan Ermənistan rəhbərliyi törətdiyi cinayətlərə görə tam məsuliyyət daşıyaraq layiqli cəzasını almalı, beynəlxalq ictimaiyyət qarşısında cavab verməlidir.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq bu müharibədən əziyyət çəkən ailələrin,uşaq və qadınların, vəziyyətini xüsusi diqqət mərkəzində saxlamaqla, digər ölkələrdə fəaliyyət göstərən həmkar dövlət qurumlarına, eləcə də aidiyyəti beynəlxalq təşkilatlara üzümüzü tutaraq bu müharibə cinayətinin nəticələrinə biganə qalmamağa çağırırıq. Bütün dünya ictimaiyyətini BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrini yerinə yetirməyən, BMT Baş Assambleyasının 2006 və 2008-ci illərdə qəbul olunmuş "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı qətnamələrinə, BMT-nin "Uşaq Hüquqları haqqında" Konvensiyasına, BMT Təhlükəsizlik Şurasının "Silahlı münaqişələr zamanı uşaqların qorunması tədbirləri haqqında" 2427 qətnaməsinə məhəl qoymayan Ermənistanın Azərbaycanın mülki əhalisini namərdcəsinə hədəf seçməsinə son qoyulması istiqamətində təxirəsalınmaz addımlar atmağa çağırır, zərərçəkən ailələrin, hüquqları pozulan qadınların, azyaşlı körpələrin qətlinə münasibət bildirmələrini tələb edirik".
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
ABŞ-nin Azərbaycandakı səfirliyi: Cənubi Qafqazda sülh yeni imkanlar açır
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində "SABAH.city" ilə bağlı video paylaşılıb
-
Hakan Fidan Azərbaycana gəlir
-
Vuçiç Prezident İlham Əliyevin Serbiya-Azərbaycan münasibətlərinin inkişafındakı rolunu qeyd edib
-
Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib - (Video/Foto)
-
TDT müsəlman dini idarə rəhbərləri Prezident İlham Əliyevə müraciət ünvanlayıblar
XƏBƏR LENTİ
-
Bakının ictimai nəqliyyatında tarixi rekord: Sabahdan 2530 avtobus buraxılır
-
Almaniyada Cessna təyyarəsi tarlaya düşdü
-
Park Cinema artıq “Sea Breeze”də!
-
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - (Video)
-
Bəzi ixtisaslarda bakalavriat təhsili 3 il ola bilər - Nazir
-
Çexiya millisinin keçmiş qapıçısı vəfat etdi
-
Azərbaycan Hava Yollarının Sərnişin Aviaşirkətinə yeni rəhbər təyin olunub
-
Altı gün əvvəl qəzaya düşmüş qadın xəstəxanada öldü
-
Azərbaycanda şəxsiyyət vəsiqəsində ana adı da yazılacaq?
-
ABŞ-nin Azərbaycandakı səfirliyi: Cənubi Qafqazda sülh yeni imkanlar açır
-
57 yaşlı Ceylodan cazibədar Fotolar
-
Bakı Dəmiryol Vağzalında 11 yeni turniket quraşdırıldı
-
İkinci sertifikasiya kimlərə şamil olunacaq?
-
“Trabzonspor”un yeni baş məşqçisi bəlli oldu
-
Əşrəf Dahruc vəfat etdi
-
Məktəblərdə dərs saatları dəyişdirilə bilər
-
Saxlanılan Çağla İstanbuldan Vana gətirildi - (Video)
-
Müəllimlərin geyim qaydaları dəyişir? - Nazirlikdən açıqlama
-
90 min şəxsin maaşı artacaq - Nazir açıqladı
-
Monqolustan prezidenti 100 kiloqramlıq ştanqı 20 dəfə qaldırdı – (Video)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində "SABAH.city" ilə bağlı video paylaşılıb
-
Bakıda skuter avtomobillə toqquşdu - (Anbaan video)
-
Türkiyədə qəbiristanlığın içində bina tikib satırlar - (Video)
-
Hakan Fidan Azərbaycana gəlir





