"Düşmənin heç bir təxribatı vətəndaşlarımızın qələbəyə köklənməsinə əngəl ola bilməz"
Terrorçu Ermənistan rejiminin uzaqmənzilli raketlə Gəncədə əhalinin sıx yaşadığı bir nöqtəsini vurması onların xain planlarının bir hissəsi idi.
Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Deputat bildirib ki, Ermənistan humanitar atəşkəsin prinsiplərinə riayət etmədiyini, yenidən düşmənçilik və təcavüzkar siyasətini davam etdirdiyini hər addımda təsdiq edir:
"Gecə yarısı Gəncə və Mingəçevir şəhərlərinin yenidən işğalçı dövlət tərəfindən raket hücumuna məruz qalması artıq qırmızı xətti keçməkdir. Həm də raket hücumları Ermənistan ərazisindən həyata keçirilirsə, bu, birbaşa regionda sülh və sabitliyə ciddi təhlükədir. Bu gün Gəncə Ermənistanın dövlət terrorizmi və vandalizminə qarşı müqavimət rəmzinə çevrilib.
Ermənistanın terrorçu rejiminin bu əməli ağır müharibə cinayətidir. Beynəlxalq ictimaiyyət Ermənistan rejiminin bu cinayət əməllərinə qiymət verməli, onu cəzalandırmalıdır. Əgər beynəlxalq ictimaiyyət bu ağır cinayətlərə göz yumub ona ortaq olacaqsa, Azərbaycan özü cinayətkarların ağır cəzasını vercək və necə ki, bu gün verir.
Düşmənin məqsədi mülki əhali və infrastrukturu məqsədyönlü şəkildə hədəfə alınmaqla əhalini qorxutmaqdır. Amma bütün bunlar əbəsdir. Çünki Azərbaycan xalqı qələbə əzmi ilə yaşayır və düşmənlərin bu kimi təxribatları vətəndaşlarımızın qələbəyə köklənməsinə əngəl ola bilməz. Gəncə əhalisi, ümumilikdə bütün xalqımız heç vaxt olmadığı kimi nikbindir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
-
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib
XƏBƏR LENTİ
-
Bakıda 10 otaqlı yaşayış evində yanğın oldu
-
Paytaxtın 16 küçə və prospektində sıxlıq var
-
Bakının iki rayonunda elektrik enerjisi kəsiləcək
-
Daimi pul çatışmazlığının beyin üçün təhlükəsi sübut edildi
-
Payız gəldi, saçlar tökülməyə başladı - Səbəb
-
İki dəfə aldanmalarına imkan verməyən bürclər
-
"Kastinqlərdə şalvarımı çıxarmağımı istəyirdilər" - Sandra Bullok
-
Sarı yoxsa yaşıl? Bananı bu şəkildə yeyənlər diqqətli olsunlar
-
Niyaməddin Musayev bu yolla formada qalır - (Video)
-
Həftədə 25 saat hosteldə işləyib... Bu ölkədə pulsuz yaşamaq olar
-
“Evdə soğan belə doğramıram” - Aytəkin Mərdanova - (Video)
-
Ərdoğan ABŞ-yə getdi
-
38 yaşlı kişi faciəvi şəkildə öldü - (Video)
-
Tələbələri təhdid edən şəxs yenidən universitetə bərpa olunacaq?
-
"Türkiyənin ən gözəl qadınını istəyən" general Ankara ilə əlaqələri kəsdi
-
Günün qoroskopu: Bütün işlərinizi sürətlə yoluna qoya biləcəksiniz
-
Bilgəhdə dənizdə batan gənclər yataqxanada qalırlarmış - Təfərrüat - (Video)
-
Matçdan öncəki məşq zamanı qorxulu qəza - (Video)
-
"Həddi bir az aşmışıq, üzr istəyirəm" - Rüfət Nasosnu - (Video)
-
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
-
İtaliyada niqab qadağan edilir
-
Zelenski Trampla Nyu-Yorkda görüşlə bağlı razılığa gəlib
-
Kadir İnanırın mirası açıqlandı
-
“Ela” və “Levent” 18 il sonra yenidən bir arada - (Video)





