Ramin Quluzadə Yaponiyanın yeni səfirinə erməni təxribatları barədə danışıb
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ilə Yaponiyanın ölkəmizdəki səfiri Cuniçi Vada arasında görüş keçirilib.
Nazirlikdən Milli.Az-ə verilən məlumata görə, nazir Cuniçi Vadanı ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edərək ona uğurlar arzulayıb.
Görüş zamanı Ramin Quluzadə səfirə Ermənistanın ölkəmizə qarşı son hərbi təxribatları barədə məlumat verib.
Nazir bildirib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Ağdam, Ağcabədi, Tərtər, Goranboy, Bərdə, Ordubad rayonlarına, o cümlədən Gəncə və Mingəçevir şəhərlərinə raket hücumları nəticəsində sentyabrın 27-dən bu günədək 3-ü uşaq olmaqla, 47 dinc sakin həlak olub, 23-ü uşaq olmaqla 230-a yaxın mülki şəxs yaralanıb, 38 məktəb daxil olmaqla 2 mindən çox mülki infrastruktura, o cümlədən telekommunikasiya və poçt infrastrukturuna ziyan dəyib.
"Sentyabrın 27-də Azərbaycanın Naftalan rayonunun Qaşaltı kəndində bir ailənin beş üzvü, o cümlədən 13 və 14 yaşlı, bir ailənin üzvü iki məktəbli Ermənistan silahlı qüvvələri tərəfindən öldürülüb. Ermənistanın hücumları cəbhə zonasının və Ermənistanla sərhədin yaxınlığındakı yüzlərlə məktəbdə təhsil prosesinə ciddi ziyan vurub, azərbaycanlı uşaqların təhsil almaq hüququ bir daha pozulub. Oktyabrın 11-də gecə saatlarında cəbhə xəttindən uzaqda yerləşən Gəncə şəhərindəki yaşayış binalarının raket atəşinə tutulması nəticəsində 10 mülki şəxs öldürülüb, uşaqlar da daxil olmaqla, 34 nəfər yaralanıb. 3 uşaq hər iki valideynini itirib. Və bu gün Ermənistan silahlı qüvvələri işğal olunmuş Qubadlı rayonu ərazisindən Naxçıvan Muxtar Respublikasının Ordubad rayonuna raket atıb. Beynəlxalq ictimaiyyət Ermənistanı həyata keçirdiyi hərbi və müharibə cinayətlərinə görə sərt şəkildə qınamalı, bu fəaliyyətindən çəkinməyə çağırmalıdır", - deyə Ramin Quluzadə vurğulayıb.
Görüşdə iki ölkə arasında innovasiya və yüksək texnologiyalar, o cümlədən tranzit daşımalar və aviasiya sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Hazırda ölkələrimiz arasında aviasiya sahəsində yükdaşımaların "Silkway" şirkəti vasitəsilə həyata keçirildiyini deyən səfir Cuniçi Vada gələcəkdə sərnişindaşımanın da inkişaf etdirilməsi istiqamətində addımların atılmasının vacibliyini vurğulayıb. Səfir bildirib ki, Azərbaycan və Yaponiya arasında turizmin inkişafı bu sahəyə təkan verə bilər. "Təəssüf ki, hazırda COVID-19 pandemiyası ilə əlaqədar turizm sahəsi bütün dünyada durğunluq yaşayır".
Eyni zamanda görüşdə Azərbaycanın Yüksək Texnologiyalar parklarında Yaponiyanın texnologiya şirkətləri tərəfindən elmtutumlu istehsalat müəssisələrinin yaradılması imkanları müzakirə olunub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”ni tanımır - XİN
-
Azərbaycan Prezidenti: Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır - (Tam çıxış)
-
İlham Əliyev Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxunub
-
Prezident: Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür
-
İlham Əliyev: Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir
-
IV Bakı Təhlükəsizlik Forumu işə başlayıb
XƏBƏR LENTİ
-
IV Bakı Təhlükəsizlik Forumu işə başlayıb
-
"Səni ilk qucağıma aldığım gün sanki dünən idi" - Fatimə Fətəliyeva - (Foto)
-
Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır
-
Gənc istedadlar Fidan Hacıyevanın Beynəlxalq Opera Festivalının əhəmiyyətindən danışıblar - (Foto)
-
DİN işçi axtarır - şərtlər
-
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin iştirakı ilə “Birliyin Gücü - 2026” təliminin açılışı olub - (Foto/Video)
-
Azərbaycan Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”ni tanımır - XİN
-
Metronun 2 stansiyasında giriş sabahdan ödənişsiz olacaq - müddət açıqlandı - Yenilənib
-
Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
“Beşiktaş”ın ulduzu zədələndi
-
"Evimdən 15 min dollarlıq qızıl oğurlandı"
-
Rusiyada ticarət mərkəzində yanğın: Ölənlər və yaralananalar var - (Video)
-
Azərbaycanda plastik cərrahların sayı artdı
-
Bu qurumlar sabahdan distant iş rejiminə keçir
-
Bu avtobuslar sabahdan “Avtovağzal” stansiyasında da dayanacaq - Siyahı
-
Sənə ayıb olsun! - Netanyahu
-
Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlandı
-
Lənkəranda 75 500 manatlıq oğurluq - Saxlanılanlar var
-
Azərbaycanda bu futbol klubu ləğv edildi
-
Dənizdə batan tələbələrin fotosu
-
Yer kürəsində maqnit fırtınası olacaq - Tarix açıqlandı
-
Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər
-
Ukraynada neft-qaz müəssisəsi tamamilə dağıldı
-
Göyçayda “Mercedes” motosikletlə toqquşdu - (Video)





